Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
80 m2
Otaq sayı
3 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
-Ev Ramana Südçülük sovxozu, Rəsul Rza küçəsi, döngə 3 ünvanında yerləşir. Location olaraq Sosial binalar, Dispetçer, Rəsul market, Stop market ərazilərinin radiusudur. -Ev marşrut xətlərinə yaxın ərazidədir. Ərazi köhnə yaşayış məkanıdır, sakinləri köhnə və mehriban qonşulardır. -Məhəllədə 4 market, meyvə-tərəvəz dükanı var və şəbəkə marketlərinə, qəssaba, restorana, məktəbə, digər ictimai iaşə obyektlərinə piyada məsafədədir. -Məhəllə sakit və təhlükəsizdir. -Həyət tametlə döşənib, təmiz və səliqəlidir. -Ev 7 daş kürsüdə tikilib. -Evin altı qupqurudur və bütün otaqlara keçidi var. İstəyən özü üçün otaqlar düzəldə bilər. -Ərazidə daimi kommunallar var. -Ehtiyat çən 2 tonluqdur. Paplavok qoyulub. Su çəndən azalan kimi özü dolur və həmişə evdə su olur. -Ev koridor, 1 zal, 1 yataq otağı, 1 uşaq otağı, 1 mətbəx və sanuzeldən ibarətdir. -Ev tam təmirlidir. -Ev kombi sistemi ilə təchiz edilib. İsti su isə pitminutka ilədir. Özümüz üçün düzəltdiyimizə görə hər şeyin ən yaxşısını eləmişik. 2 texnikanın ikisi üçün də birgə dolab yığılıb, turbalar izolyasiya olunub. -Soyutma kondisionerlədir. Qapını özüm yığdırmışam. Həm sərfiyyata kömək edir və həm də qapı ilə birbaşa əlaqə kəsildiyi üçün evin isinmə və soyumasına problem yaratmır. Yəni, ayaqqabını şkafa qoy, paltarını asılqana as və evə daxil ol. -Mətbəx mebelləri, hamam aksessuarları bahalı materiallardır. -Ev mebellərlə birgə satılır. Yəni, mətbəx mebeli, yataq mebeli, qonaq mebeli və kondisioner, paltaryuyan, xalçalar, pərdələr qalacaq, digərləri aparılacaq. Əlavə əşyalar əlavə ödənişlə qala bilər. -Sənədli TİKİNTİ təyinatlı sovxoz sənədidir. Ərazidə hamıda eyni sənəddir. Çıxarış üçün müraciət edilir Ev bələdiyyə qeydiyyatındadır. İllik rüsumu ödənilir. Evin layihəsini çəkib qırağa qoymuşam. -Şəxsi evimdir. Makler, vasitəçi deyiləm. 2 ildir yaşayıram və heç bir şeydən narazı deyiləm. Sadəcə vacib məsələ üçün satıram. -Real müştəri ilə aşağı-yuxarı razılaşma olacaq