Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 867894
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə320 m2
Torpaq sahəsi3 sot
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
EV SAHİBİNDƏN SATILIR! (Makler deyiləm) Qiymət endirildi! 196000 manat ipoteka krediti saxlamaqla yaxud 245000 manat nəğd. 245000 manat ödəməklə bütün ipoteka borcu mənim tərəfimdən bağlanır. Qiymət sondur! Evin yerləşdiyi ərazidə 1 sot boş torpağın giyməti 35000 manatdır. 105000 manat tək boş torpağın qiyməti edir. Maliyyə çətinliyi ilə əlaqədar olaraq Xırdalan şəhərinin ən elit məhəlləsində (Milyonçular məhəlləsi kimi tanınan ərazidə) yerləşən fərdi yaşayış evimi bazar dəyərindən xeyli aşağı qiymətə satıram. Ev 2015-ci ildə inşa olunub. Hazırda 7%-lik dövlət ipotekası ilə bankdadır. Satışın iki variantı mövcuddur: ✅ Tam nağd ödənişlə; ✅ 51 000 AZN ipoteka borcu saxlanılmaqla, aylıq 459 AZN bank ödənişini davam etdirmək şərti ilə. - 3 sot torpaq sahəsində yerləşir; - Ümumilikdə 4 mərtəbədən ibarətdir: 3 yaşayış mərtəbəsi, mansard və 1 mənfi (zirzəmi) mərtəbə; - Yaşayış sahəsi – 182,5 m²; - Əlavə 90 m² mansard (2 otaq və 1 sanitar qovşağı); - Əlavə 90 m² zirzəmi (hündürlüyü 2,20 m, tam istifadə üçün əlverişlidir); - Ümumilikdə 4 sanitar qovşağı (3-ü evdə, 1-i həyətdə). - Tam paket çıxarış (kupça) mövcuddur; - Həm evin, həm də torpağın çıxarışı var; - Evdə heç kim qeydiyyatda deyil; Ev yüksək keyfiyyətli materiallardan istifadə olunaraq inşa edilib. Elektrik, istilik və digər mühəndis-kommunikasiya sistemləri tam çəkilib. Tikinti və təmir işlərinin təxminən 90%-i tamamlanıb. Hazırda görüləsi əsas işlər yalnız: - Laminat döşəmələrin vurulması; - Giriş qapılarının quraşdırılmasıdır. Bunun xaricində demək olar ki, bütün tikinti materialları və avadanlıqları alınıb. Yeni sahibinə aşağıdakılar tam şəkildə təhvil veriləcək: - Bütün spot işıqları; - Bütün rozetka və açarlar; - Elektrik sisteminə aid bütün material və avadanlıqlar; - Alınmış divar kağızları (aboylar). İstifadə olunan materiallar və avadanlıqlar - Bütün pilləkənlər təbii mərmərdəndir; - Döşəmə və divarlarda Hindistan istehsalı yüksək keyfiyyətli keramoqranit istifadə olunub; - 11 ədəd müşahidə kamerası quraşdırılıb; - Pultla idarə olunan jalüzlər; - Elektrik darvazası; - Domofon sistemi; - 1,5 tonluq su çəni. Ev və hasarlar yüksək keyfiyyətli Tarsofka boyası ilə rənglənib. Fasad yüksək keyfiyyətli üzlük materialları ilə işlənib. Ev Bakı–Sumqayıt magistral yoluna çox yaxın məsafədə yerləşir. Evə qədər tam asfalt yol mövcuddur. Xırdalanın mərkəzinə və sıx tıxaclarına daxil olmadan rahat şəkildə evə gəlib-getmək mümkündür. Bu, həm Bakı istiqamətinə, həm də Sumqayıt istiqamətinə gündəlik gediş-gəlişi çox rahat edir. Ev Xırdalanın ən prestijli ərazilərindən biri olan Milyonçular məhəlləsində yerləşir. Son yağan güclü yağışlar və sel zamanı ev tam sınaqdan çıxıb. Nə evə, nə həyətə, nə də küçəyə su dolmayıb. Bu barədə istənilən qonşudan da məlumat ala bilərsiniz. Ev çox möhkəm tikilib. Mərtəbələrarası örtüklər tam monolit betondur. Ev bazar qiymətindən qat-qat aşağı qiymətə satılır. Satışın yeganə səbəbi maliyyə çətinliyidir. Xahiş olunur, qeyri-real endirim təklif etməyin. Qiymət sondur!