Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 867344
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə165 m2
Torpaq sahəsi5.5 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Novxanı Bağları, Gəmi Qaya restoranının içərisində, dənizə cəmi 2 dəqiqəlik məsafədə premium bağ evi satışa təqdim olunur. 5.5 sot torpaq sahəsində yerləşən evin ümumi sahəsi 165 kv.m-dir. Şəxsi yaşayış üçün yüksək keyfiyyətli və zövqlə təmir olunub, təmirdən sonra yaşayış olmayıb. Ev 4 otaqdan ibarətdir: 3 yataq otağı və geniş zal. Həyətdə 7.5×3.5 m ölçüdə isti hovuz və 7×4 m ölçüdə rahat yay besedkası mövcuddur. Həyət geniş və funksional planlaşdırılıb, 3 avtomobilin rahat şəkildə həyətdə park edilməsi mümkündür. Qaz, işıq və su daimidir, həmçinin mərkəzi kanalizasiya sistemi mövcuddur. Bu ərazi Novxanıda mərkəzi kanalizasiya xətti olan azsaylı küçələrdən biridir. Torpağın və evin çıxarışı (kupçası) mövcuddur, ipotekaya yararlıdır. Dənizə yaxınlığı, premium təmiri, hovuzu və geniş həyəti ilə həm şəxsi yaşayış, həm də istirahət üçün ideal seçimdir.