Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 865069
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə300 m2
Torpaq sahəsi3 sot
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Binə Atçılıqda, 292 nömrəli məktəbin, poçt məntəqəsinin, parkın və bağçanın tam yanında şəxsi özümə məxsus evimi satıram. Ev tam sənədlidir, KUPÇASI VAR və dövlət ipotekasına tam yararlıdır. İpoteka ilə ev axtaranlar rahatlıqla müraciət edə bilərlər. Ev 3 sotun içində tikilib, kifayət qədər geniş və rahat həyəti var. 1 mərtəbəlidir, 3 otaqdan ibarətdir. Tikilişinə və təmirinə söz ola bilməz, çox keyfiyyətli materiallarla, xüsusi zövqlə super dizayn olunub. Şəkillərdən də təmiri və keyfiyyəti aydın görünür. Evin daxilində isti pol sistemi çəkilib, qışı çox isti və rahat olur. Kommunal tərəfdən heç bir problemi yoxdur – qazı, işığı, suyu daimidir və yerindədir. Evin ən böyük üstünlüklərindən biri də odur ki, daxildə 2 dənə sanitar qovşağı (hamam/ayaqyolu) var. Biri ümumi əsas hissədə yerləşir, digəri isə birbaşa otağın daxilindədir (sizin üçün çox rahat dizayn etmişdik). Ev əşyasız satılır. Yerləşmə yeri olaraq çox ideal və sakit ərazidir, xüsusən uşaqlı ailələr üçün əla fürsətdir, çünki 292 nömrəli məktəb düz evin yanındadır, uşaqlar yolu keçmədən rahat gedib-gələ bilirlər. Yaxınlıqda marketlər və digər lazımi iaşə obyektləri var. Real, ciddi alıcı ilə qiymətdə razılaşmaq olar.