Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 863973
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə73 m2
Mərtəbə7 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Hövsan MİDA 2-də QANUNI 3 otaqlı KUPÇALI VƏ İPOTEKAYA YARARLI mənzil! Ən ideal planlaması olan 9 mərtəbəli binanın 7-ci mərtəbəsində orta blokda həm yelçəkən, yayda sərin, qışda isə isti olan mənzil! 12 mərtəbəli binalardakı 3 otaqlılardan daha yaxşıdır planlaması! Daxili sahəsi 72,93 m², xarici perimetr üzrə ümumi sahəsi isə 85,40 m²-dir. Mənzil tam təmirlidir və qismən əşyalı satılır. Mənzildə aşağıdakılar qalacaq: • 2 ədəd yataq; • soyuducu; • Samsung paltaryuyan; • mətbəx masası və 4 stul; • qonaq otağında kondisioner; • quraşdırılmış Wi-Fi xətti və modemi. Işiq, qaz və su daimidir. Istilik sistemi kombidir. Binada geniş lift, blok girişində kamera nəzarəti mövcuddur. Binanın düz arxasında Bazarstore, yaxınlıqda Araz Market yerləşir. Məktəb, uşaq bağçası, oyun meydançaları və mini futbol stadionları kompleksin ərazisindədir. 28 May və Əhmədli metrostansiyaları istiqamətində birbaşa avtobuslar işləyir. Ərazi sakit, havası təmiz və uşaqlı ailələr üçün çox əlverişlidir. Mənzil Kupçalidir Və Ipotekaya Yararlidir. BARTER YOXDUR! Qiymətlə bağlı sadəcə evə baxandan sonra yerində danışılacaq! Telefonda adamı yormayın. Real alıcıya çox cüzi endirim ola bilər. Evin videosuna baxmaq üçün wp-dan yazin.