Qəbələ / Torpaq
14.08.2026
Elan nömrəsi: 862637
bina.az Vasitəçi
75.000 AZN Satılır
Qəbələ. Qəbələ Bum qəs.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(051) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.08.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 862637
Haqqında məlumat
Obyektin növü Torpaq sahəsi
Torpaq sahəsi 15 sot
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Əmlakçı deyiləm, şəxsi torpağımdır. Torpaq bütöv satılır( Hissəli satışa uyğundur minimum 5 sot). Real alıcıyla razılaşmaq həmişə mümkündür). Yerləşməsi və Yol: Torpaq Qəbələ rayon Bum qəsəbəsində yerləşir (kəndin aşağı hissəsi). Rayon mərkəzinə 10 km məsafədədir. Asfalt yoldan 2 km içəridə yerləşir (hamar və daim işlək daş yoldur). "Dördyol" və "Vişqa" deyilən yerdən Qəmərvana qalxmamış sola "Əşrəf" yolu ilə gedilir və ya məktəb tərəfdən kəndin orta yoluyla. Sənəd və Sahə: Çıxarışla 15 sotdur (TİKİNTİ TƏYİNATLI). Faktiki sahəsi isə 18 sotdur. Keçmişdə əl ilə ölçüldüyü üçün 15 sot qeyd olunub, ölçü fərqi köhnə sənədləşmədən qaynaqlanır. Rəsmi dürüstləşdirmə yolu ilə çıxarışı 18 sot etmək tam mümkündür. Kommunikasiya və Ərazi: Ətrafı yaşayış evləridir. Qaz, işıq və internet xətti tam yanındadır, suyu da eyni şəkildə. Çaydan 200 metr məsafədə yerləşir. Sakit məkandır, ev tikmək üçün ideal yerdir.Düzbucaqlı formasındadır, bir tərəfi hasardır digər üç tərəfi setka ilə bağlanıb. Sahə geniş olduğu üçün alan şəxs gələcəkdə hissələrə bölüb sata və ya bir neçə ev tikə bilər. Satış şərti: Bütöv satış üçün qiymət qeyd olunub. Hissəli də satmaq olar minimum 5 sot olmaq şərti ilə və qiymət fərqli olacaq.Torpağa baxış keçirdikdə REAL ALICI ilə razılaşmaq olar.
Zəng et
Bənzər elanlar