Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 861508
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə180 m2
Torpaq sahəsi6.5 sot
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Dəniz kənarında həyatın özəl ünvanı — Novxanıda möhtəşəm villa Novxanıda dənizkənarı magistral yolun kənarında, 6,5 sot şəxsi həyətyanı sahədə inşa edilmiş, 4 fəsil yaşayış üçün tam hazır, paket kupçalı villa satışa çıxarılıb. Villa şəxsi istifadə üçün xüsusi zövqlə və maksimum rahatlıq nəzərə alınaraq inşa olunub. 3 mərtəbə, 6 otaq, 2 mətbəx, 3 sanitar qovşaq və texniki otaqdan ibarətdir. Mərtəbələrarası monolit beton konstruksiya, bütün mərtəbələrdə isti döşəmə və hər mərtəbədən birbaşa dəniz panoramasına açılan geniş balkonlar mövcuddur. 1-ci mərtəbə: 2 otaq, mətbəx, sanitar qovşaq və texniki otaq 2-ci mərtəbə: 3 otaq və sanitar qovşaq 3-cü mərtəbə: 1 otaq və sanitar qovşaq Həyətdə filtrli və isitmə sistemli hovuz, geniş qış mətbəxi, besedka, manqalxana və 20-yə yaxın müxtəlif meyvə ağacı var. Evdə 8 kondisioner, 2 kombi quraşdırılıb. Qaz, işıq və su daimidir. Bir çox əşyalar evdə qalacaq. Dəniz panoraması, geniş həyət və tam yaşayış komfortu — hamısı bir ünvanda.