Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 859539
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə141 m2
Torpaq sahəsi2 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yeni Ramananın girişində, Akasiya Şadlıq Sarayının yaxınlığında, 2 sot ərazidə yerləşən həyət evi satılır. 📄 Ev və torpağın çıxarışı var – tam paket kupça. 🏠 2 mərtəbə + hündür zirzəmi + mansard 📐 2 sot torpaq sahəsi ☀️ Evin ön tərəfi cənuba baxır 🚗 Küçə geniş və asfaltdır 💧 Qaz, su, işıq, kanalizasiya və optik internet mövcuddur. Ev qonşu hasarlarına bitişik tikilməyib, yan və arxa hissələrdə keçid üçün məsafə saxlanılıb. Ev makler evi deyil. Özüm layihəçi mühəndisəm və tikintiyə şəxsən nəzarət etmişəm. Bünövrə, kolonlar, kəmərlər və mərtəbələrarası monolit beton daxil olmaqla əsas daşıyıcı konstruksiyalar tikinti normaları nəzərə alınaraq hesablanıb və inşa edilib. Tikintinin mərhələləri foto və video ilə sənədləşdirilib. İstəyən ciddi alıcıya bünövrədə istifadə olunan armaturdan başlayaraq tikinti prosesini göstərmək mümkündür. Tikinti və təmir zamanı material seçimində keyfiyyətdən güzəşt edilməyib – darvaza, pəncərələr, dəmir qapılar və digər materiallar keyfiyyətli seçilib. Sənədi tam, keyfiyyətli tikilmiş ev axtaranlar üçün yaxşı seçimdir. 📞 Ətraflı məlumat və evə baxış üçün əlaqə saxlaya bilərsiniz.