Xırdalan / Yeni tikili
13.08.2026
Elan nömrəsi: 858717
bina.az Vasitəçi
210.000 AZN 2.143 AZN/m2 Satılır
Xırdalan. Xırdalan Rəsulzadə k.,
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(051) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.08.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 858717
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 98 m2
Mərtəbə 2 mərtəbə
Binanın mərtəbə sayı 12 mərtəbə
Otaq sayı 2 otaq
Kredit Kreditlə
Xırdalanın ən yaxşı, tıxacsız ərazisində – İcra Hakimiyyəti və Azərpoçtun tam yanında, infrastruktur cəhətdən əlverişli binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi ümumi 98.6 kv.m (sənəddə 93.7 kv.m) olan ideal mənzil satılır. Binanının həyətində marketlər ( Araz, Oba, Al market ) yerləşir, bütün marşrut avtobuslarının keçdiyi Heydər Əliyev prospekti, məktəb, park və sürət qatarı stansiyası evdən cəmi 5 dəqiqəlik piyada məsafəsindədir. Məktəbə və parka olan yol avtomobil yolundan keçmir və bu da uşaqların təhlükəsizliyi üçün idealdır. Bundan əlavə, birbaşa məhəllənin yanında E2 avtobusunun dayanacağı var. Mənzil tam yelçəkəndir (skvoznoy), bütün otaqlarda pəncərə var (evin pəncərələrinin bir tərəfi Azərpoçt tərəfə, digər tərəfi isə məhəlləyə baxır) və ev hər iki tərəfə baxdığı üçün yayda kondisionerə demək olar ki ehtiyac qalmır. Binanın və həmçinin mənzilin fərdi ehtiyat su çəni mövcuddur. Ev qismən əşyalı satılır; mebellərdən böyük yataq dəsti götürüləcək, elektronikadan isə 2 ədəd televizor, kombi və aspiratordan başqa digər əşyalar götürüləcək. Tam mülkiyyətçi özüməm, nağd satış qiyməti 210.000 AZN-dir. Mənzil hazırda ipotekadadır; bankın şərtləri ödənərsə, 125.000 AZN ödəniş etməklə ipoteka rəsmi şəkildə adınıza keçirilə bilər. Real alıcılara endirim olacaq. Maklerlər qətiyyən narahat etməsin.
Zəng et
Bənzər elanlar