Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 857506
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə365 m2
Torpaq sahəsi6 sot
Binanın mərtəbə sayı3 mərtəbə
Otaq sayı8 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Sea Breeze ərazisində, dənizə cəmi 200 metr məsafədə yerləşən elit villa kompleksi satışa təqdim olunur. Cəmi 12 villadan ibarət olan kompleksdə bu villalar son nümunələrdəndir. Ümumi sahəsi 365 kv.m, torpaq sahəsi isə 6 sotdur. Villa 3 mərtəbədən ibarətdir və planlamanı şəxsi zövqə və ehtiyaca uyğun dəyişmək mümkündür. 1-ci mərtəbədə geniş zal, mətbəx və sanitar qovşaq, 2-ci mərtəbədə 4-5 yataq otağı və sanitar qovşaq, 3-cü mərtəbədə isə geniş teras, əlavə otaqlar və ya istirahət zonası yaratmaq mümkündür. Həyətdə hovuz üçün ayrıca yer nəzərdə tutulub. Villanın yerləşdiyi ərazi həm dənizə yaxınlığı, həm də ətrafda iaşə və xidmət obyektlərinin mövcudluğu ilə seçilir. Tikinti işləri aparılan Royal Seabreeze layihəsinə yaxın məsafədə yerləşir. 6 sot torpaq sahəsi isə bu ərazidə mülkiyyət və investisiya baxımından əlavə üstünlük yaradır. Sənədləri tam qaydasındadır. Dənizə yaxın, prestijli və perspektivli ərazidə fərdi villa axtaranlar üçün həm yaşayış, həm də investisiya baxımından əlverişli seçimdir.