Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 857000
Haqqında məlumat
Obyektin növüTorpaq sahəsi
Torpaq sahəsi10 sot
SənədÇıxarışlı
KreditKreditlə
Abşeron rayonu, Güzdək qəsəbəsində 10 sot yaşayış məqsədli, fərdi ev tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi satılır. Torpaq əkin üçün deyil, yaşayış və tikinti təyinatlıdır. Sənədi çıxarışdır (kupça) və hüquqi baxımdan tam qaydasındadır. Sahə marşrut yolundan təxminən 200 metr məsafədə yerləşir, gediş-gəliş rahatdır və yol problemi yoxdur. İşıq və internet xətləri tam yaxınlığındadır, qaz və su xətləri isə əraziyə yaxın məsafədədir. Ərazi perspektivli və sürətlə inkişaf edən zonada yerləşir, həm fərdi yaşayış evi tikmək, həm də gələcək üçün sərfəli investisiya baxımından çox uyğundur. Qiymət 23 000 AZN-dir, real alıcı ilə razılaşma mümkündür. Sənədlər tam qaydasındadır, yalnız ciddi alıcılar əlaqə saxlasın.