Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 856507
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə60 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı10 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
SATILIR – YENİ TƏMİRLİ, TAM ƏŞYALI 3 OTAQLI MƏNZİL + ŞƏXSİ PARKİNQ YERİ Mənzil 2 otaqdan 3 otağa zövqlə düzəldilib və funksional planlamaya malikdir: 2 yataq otağı + 1 zal-studiya. Mənzil binanın layihəsində orta mövqedə yerləşir – sağ, sol, üst və alt mərtəbələr yaşayışdır. Bu da mənzilin qışda isti, yayda isə daha komfortlu olmasına müsbət təsir göstərir. Bütün pəncərələr günçıxan istiqamətə baxır və mənzil gün ərzində çox işıqlı olur. TƏMİR VƏ ÜSTÜNLÜKLƏR Mənzil yeni və yüksək keyfiyyətlə təmir olunub, demək olar ki, yaşayış olmayıb. Təmir MTK tərəfindən deyil, şəxsi istifadə üçün, material və işçilik keyfiyyətinə xüsusi diqqət yetirilməklə aparılıb. Dəhliz və sanitar qovşağında isti döşəmə Tam çəkilmiş kombi sistemi İstilik sistemində yüksək keyfiyyətli İtaliya istehsalı borular Eyvan bağlanıb və yaşayış üçün daha funksional hala gətirilib Sanitar qovşağı və eyvanda tam izolyasiya işləri görülüb Mənzilin bütün pəncərələri dəyişdirilib, keyfiyyətli və yüksək səs izolyasiyalı pəncərələr quraşdırılıb Otaqlarda zövqlü və keyfiyyətli laminat döşəmə Hamam aksesuarları ECA və GROHE məhsulları ilə komplektləşdirilib Mətbəx mebeli bütün xırda aksesuarlarına qədər keyfiyyətli materiallardan sifarişlə hazırlanıb Dəhliz və yataq otağında quraşdırılmış şkaflar xüsusi sifariş ilə, digər mebellər kimi dizayn olunub 2 ədəd kondisioner – kommunikasiya xətləri divar daxilindən çəkilərək səliqəli şəkildə quraşdırılıb Təmir zamanı hər bir xırda detal nəzərə alınıb. Mənzilə baxış zamanı elanda qeyd olunmayan bir çox əlavə keyfiyyət və üstünlükləri də görəcəksiniz. MEBEL VƏ TEXNİKA Mənzil tam əşyalı və yaşayış üçün hazır vəziyyətdə satılır. Bütün lazımi məişət texnikası artıq alınıb və quraşdırılıb: Paltaryuyan maşın Qabyuyan maşın Soyuducu Soba Kombi 2 ədəd kondisioner Televizor istisna olmaqla, mənzildə olan bütün texnika və mebellər satış qiymətinə daxildir və evdə qalacaq. Yəni əlavə mebel və texnika xərci çəkmədən birbaşa köçüb yaşamaq mümkündür. BİNA VƏ PARKİNQ Bina çox əlverişli ərazidə yerləşir. Binada 2 lift mövcuddur Liftlərdən biri birbaşa qaraja enir Binanın altında qapalı avtodayanacaq mövcuddur Avtodayanacaqda şəxsi parkinq yerim var və o da mənzilin satış qiymətinə daxildir Parking yerim düz liftin yanında yerləşir – çox rahat və birbaşa çıxış imkanı var Qaz, su və işıq daimidir İnternet mövcuddur SƏNƏD Çıxarış (Kupça) var. Mənzil ipotekaya yararlıdır. Mənzil keyfiyyətli təmiri, tam əşyalı olması, şəxsi parkinq yeri və funksional planlaması ilə əlavə xərc çəkmədən birbaşa köçüb yaşamaq istəyənlər üçün ideal seçimdir. Xahiş olunur, yalnız real və ciddi alıcılar əlaqə saxlasın.