Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 855809
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə300 m2
Torpaq sahəsi3 sot
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı8 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Satışa geniş və tam təmirli həyət evi çıxarılıb. Ev 2 mərtəbədən ibarətdir və hər mərtəbəsi 150 kv.m olmaqla ümumi sahəsi 300 kv.m təşkil edir. Evin planlaşdırılması ailəvi yaşayış və qonaq qəbulu üçün çox əlverişli düşünülüb. 1-ci mərtəbədə geniş yemək otağı, mətbəx, köməkçi otaq və podsobka yerləşir. Həm mətbəxin, həm də köməkçi otağın öz sanitar qovşağı var. Bundan əlavə daxilində sanitar qovşağı olan 1 yataq otağı da bu mərtəbədədir. 2-ci mərtəbədə bar stoykası olan böyük zal, 3 yataq otağı və sanitar qovşağı var. Axşamlar ailəvi istirahət üçün ideal məkandır. Həyət ərazisi də kifayət qədər geniş və funksionaldır. Burada 2 maşınlıq qaraj, böyük hovuz, sauna və ayrıca sanitar qovşaq mövcuddur. Yay ayları üçün cambalkonlu yay mətbəxi qonaq qəbulunu daha da rahat edir. Həyətin 2 tərəfə çıxışı var, yəni 2 giriş-çıxışlı keçidli həyət kimi istifadə etmək mümkündür. Bütün sənədlər qaydasındadır, kupça var. Ev əşyalı şəkildə satılır. Evə köçüb birbaşa yaşamaq mümkündür. Ətraflı məlumat və evə baxış üçün bizimlə əlaqə saxlayın. Qiymət: 220.000 AZN