Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
150 m2
Otaq sayı
5 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Bağ evi satılır. Ev 2020-ci ildə 39 000 manata tikilib, amma indi tikinti materialları, işçi haqqı, yük daşıma və torpaq qiymətləri bahalaşıb. Amma sizə təklif olunur ki, evi köhnə qiymətlə alasınız köhnə maya dəyərinə,Siz hətta köhnə maya dəyərindən də aşağı qiymətə ala bilərsiniz. , torpağı isə pulsuz götürəsiniz. Bu, çox yaxşı bir təklifdir. Torpaq kiçik qəbiristanlığın yaxınlığında yerləşdiyi üçün qiyməti aşağıdır. Amma qəbiristanlığın təpəsinə kollarına və ağaclarına görə bağdan və evdən qəbiristanlıq görünmür. Real alıcıya endirim olacaq. İsmaillı rayonu Aşıxbayramlı kəndində (maqistral yolun alt hissəsində) 150 kvadrat metirlik ev (mansarlı) və 53 sot torpaq bir yerdə ya da ayrı-ayrı satılır.Evin və torpaqın çixarışı (kupçası) var bütün sənədlər qaydasındadır. Bağda 200 müxtəlif növ ağac var ki, hal hazırda bu ağacların hamsı bar verir 10 yaşlı ağaclardır. Evin krosna antenası və təmir olunmus mətbəxi vardır. Ev 2020 - ci ildə tikilib. Evdə yaşayış olmayib. Çöl 3 qapısı dəmirdəndir birinci dəmir qapı evə açılır — burada böyük otaq, mətbəx, tualet, hamam və geniş mansard var. İkinci dəmir qapı mühafizəçinin otağı üçündür, onun ayrıca tualeti də var. Üçüncü dəmir qapı zal hissəyə açılır — siz bu zalı evə birləşdirə, turistlərə kirayə verə, arılar üçün qışlama yeri kimi istifadə edə və ya əşyalar saxlaya bilərsiniz — bu artıq sizin seçiminizdir. Mansartda su bakı var. Komunikasıya xətləri dövlət tərəfindən çəkilmişdir. Ayrıca ağacları sulamaq üçün su motoru var. Yaxınlıqda gözəl təbiətə malik böyük təmir olunmuş dərin göl var. Orada turistlər dayanır dincəlmək üçün, gölün bəzi yerlərində isə tilovla balıq tutmaq olar.Evdəki krandan bulaq suyu axır. Evdə internet və Wi-Fi var. Ətrafdakı dağlarda çoxlu qaratikən gülləri və digər müalicəvi güllər və bitkilər var.Qaratikanı indi kəsmək olmaz, qanuna görə. Ona görə qaratikanın sayı çoxalıb və çoxlu bal arılar gətirir. Arıçılıq üçün əla yerdir, yüksək keyfiyyətli və bahalı bal alınır.Bu ərazidə bir arı ailəsindən 10–25 kq çox keyfiyyətli və baha qiymətə olan qaratikən balı əldə etmək mümkündür. Burada təmiz hava var, 100 metr məsafədə çay axır, yaxınlıqda suyu evə çəkilmiş bulaq var və təxminən 200 metr məsafədə artezian suyu mövcuddur.Həm çay suyu, həm də bulaq suyu evə çəkilib. Evin yanında hovuz tikmək mümkündür.Orada su sayğacı yoxdur, ona görə orada su pulu xeyli Bakıdakı su pulundan ucuzdur. Aylıq ödəniş sayğacsızdır. Zaqar üçün əla günəş. Ev və torpaq yolun kənarında yerləşir, obyekt tikmək və ya evin bir hissəsini turistlərə icarəyə vermək olar harada ayrıca dəmir qapı var yada başka ev tikib turistlərə vermək. Barter Bakı ətrafında yerləşən mənzillə ya evə mümkündür.Pəncərədən dağlara gözəl, möhtəşəm mənzərə açılır. Təmiz hava.Bağdan olan meyvələr təbidir, kimyəvi maddələrsizdir.Həyətdə besedka,manqal,samovar,yelləncək turnik qoymaq olar.Qiymət razılaşma yolu ilə. Ev + 12 sot bağ = 38 000 Ev + 53 sot bağ = 61 000 10 sot bağ = 8 990 20 sot bağ = 17 970 35 sot bağ = 26 950