Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 852012
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə570 m2
Torpaq sahəsi24 sot
Otaq sayı10 otaq
KreditKreditsiz
Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Arzu restoranının yaxınlığında, dənizə 10-15 dəqiqəlik məsafədə tanınmış və elit insanların yaşadığı ərazidə 24 sot torpaq sahəsində 3 ayrı-ayrı girişli bağ evi kompleksi satışa çıxarılıb. Kompleksdə 1 ədəd 2 mərtəbəli, 2 ədəd 1 mərtəbəli ev var. Bütün tikililər super təmirli vəziyyətdədir. Tikililərin ümumi sahəsi 570 kv.m-dir və cəmi 10 otaqdan ibarətdir. Bağ evlərinin ümumi təmirində yalnız bahalı və keyfiyyətli avadanlıqlardan istifadə olunub. Evin içərisində bahalı mebellər, çilçıraqlar, mətbəx avadanlıqları və digər lazımi əşyalar mövcuddur. Həyət ərazisi çox geniş və zövqlə dizayn edilib. Burada böyük hovuz, qışlıq və yaylıq olmaqla 4 böyük bisetka, 2 maşınlıq qaraj, generator sistemi, geniş manqalxana, kombi otağı və sportzal fəaliyyət göstərir. Həyətin təhlükəsizliyi üçün 7/24 işləyən kamera müşahidə sistemi quraşdırılıb. Həyətin gəzilən hissəsi tamet daşla örtülüb. Bir hissəsi isə yaşıllıqdır. Burada illik bahalı ağaclar, bitkilər və güllər əkilib. Yerləşmə baxımından çox əlverişlidir. Dənizə yaxın, şəhərin səs-küyündən uzaq, lakin bütün infrastrukturun yaxınlığında yerləşir. Qiymət: 1.500.000 AZN. Real alıcı ilə qiymətdə razılaşma mümkündür. Əlavə məlumat və baxış üçün bizimlə əlaqə saxlayın.