Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 851501
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə260 m2
Torpaq sahəsi4.5 sot
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Buzovnada Premium Villa – Qoşa Qala restoranının arxasında | Kupçalı | 4.5 sot Buzovnanın ən prestijli və sakit ərazilərindən birində, Qoşa Qala restoranının arxasında, əsas yola yaxın məsafədə yerləşən bu premium villa satışa təqdim olunur. Ünvan: Buzovna qəsəbəsi, 40-cı Buzovna, 1-ci döngə, giriş 20/B Əmlak haqqında: Ümumi torpaq sahəsi: 4.5 sot (450 m²) Tikinti sahəsi: 2.6 sot (260 m²) Həyətin istifadədə qalan sahəsi: 1.9 sot (190 m²) Kupça (Çıxarış) var Planlaşdırma • 3 yataq otağı • 1 geniş və işıqlı qonaq otağı • 1 mətbəx • 2 sanitar qovşağı • Həyətdə ayrıca yay mətbəxi • Həyətdə ayrıca hamam-sanitar qovşağı • Premium mozaika daşma hovuzu • Geniş terras • Qapalı su çəni (ehtiyat su sistemi) Villa haqqında Villa şəxsi yaşayış üçün inşa olunduğundan tikinti və təmir prosesində keyfiyyətə xüsusi önəm verilib. Təmir zamanı İspaniya istehsalı premium kafel və keramika, elektrik sistemində isə İtaliya istehsalı elektrik avadanlıqları və aksesuarları istifadə olunub. Həyət tam keyfiyyətli metlaxla döşənib, bütün kommunikasiya sistemləri peşəkar şəkildə qurulub. Ev tam əşyalıdır və bütün mebel, məişət texnikası və digər avadanlıqlarla birlikdə satılır. Əlavə təmir və ya xərc tələb etmir – alıcı yalnız köçüb yaşamağa başlayacaq. Villa sakit və elit yaşayış mühitində yerləşir. Qoşa Qala restoranına və əsas yola yaxın olması, eyni zamanda şəhərin istənilən istiqamətinə rahat çıxış imkanı yaratması bu əmlakı həm daimi yaşayış, həm də bağ evi üçün ideal seçimə çevirir. Qiymət: 380 000 AZN Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.