Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 850036
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə60 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
ŞƏHƏRİN PRESTİJLİ ƏRAZİLƏRİNDƏN BİRİNDƏ TAM TƏMİRLİ MƏNZİL.... Nəsimi rayonu, 8 NOYABR metrosuna yaxın, Həsən Əliyev küçəsində yerləşən 9 mərtəbəli binanın 2-ci mərtəbəsində 1 Otaqdan 2 OTAĞA düzəlmə olan mənzil satışa çıxarılıb. Mənzil qanuni 1 otaqlı olub, funksional şəkildə 2 otağa düzəldilib. Mənzil yüksək keyfiyyətli materiallarla və zövqlü dizaynla təmir olunub. Təmir zamanı hər detal nəzərə alınıb və bu, mənzilə baxış zamanı aydın hiss olunur. Orta blokda yerləşir, künc deyil və yelçəkəndir (skvaznoy), bu da təbii havalanma və işıqlanma baxımından üstünlük yaradır. Binada yeni lift quraşdırılıb. Mənzilin qarşısında geniş park mövcuddur, ətrafında müxtəlif ticarət obyektləri, marketlər və ictimai iaşə məkanları fəaliyyət göstərir. Avtobus dayanacaqları yaxın məsafədə yerləşir ki, bu da şəhərin istənilən nöqtəsinə rahat çıxışı təmin edir. İstilik sistemi kombidir. Qaz, su və işıq daimidir. Sənəd kupçadır, ipotekaya yararlıdır. Mənzilin heç bir borcu yoxdur və qeydiyyatda heç kim yoxdur. Alqı-satqı günü açar yeni sahibinə təqdim olunacaq. Bu mənzil həm yaşayış, həm də investisiya məqsədi ilə ideal seçimdir. Ərazinin inkişaf perspektivi və yerləşdiyi mövqe qiymət baxımından da cəlbedici üstünlüklər yaradır. Ofis haqqı: 1% — alıcı tərəfindən QEYD: Zəngə cavab verilməzsə, zəhmət olmasa WhatsApp vasitəsilə əlaqə saxlayın.