Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
55 m2
Otaq sayı
3 otaq
Kredit
Kreditsiz
Salamlayaq sizi biz! Xoş buyurdunuz siz! Vardır sizə təklifimiz!
Əgər razı qalarsanız,
olar yeni məkanınız,
yeni həyət-bacanız,
Xoş olar hər anınız! Qədimi-tikili evimiz,
bu dəyərli kəndimiz, mərkəz – Mərdəkan, çox sevilən məkan, “Şahin İsgəndərov” küçəsində yerləşir. Sakit, yox hayhəşir. Uzaqda deyil Binə, 500 m “Yeseninə”. Küçə asfalt yoldur. Maşın dayanacağı üçün də yeri boldur. Bu çox əsas roldur! Çək qapının önünə, evin içərisini doldur. Evnən də üz-bə-üz, ərzaq dükanı vardır,
rahat, əlverişli haldır, nemətləri də halaldır, dur, əyaqlarını qaldır, ürəyin istədiyini aldır. Evin – iki girişi vardır. Birinci girişi küçədən, İsgəndərov Şahindən, ikincisi də həyətdəndir. Evə də yaxındır təndir. Həyətində, 2 ev vardır. Qonşu da mehribandır, hər an can yandırandır.
Ev – qədimi tikilidir, bu, olduqca bəllidir. Evin girişi də ikilidir. Divarlar da ennidir. Aldığımız neçə ildir, ev – nisbi təmirlidir. Küçədən gələrsək, evə daxil olarsaq, ilk öncə, dəhlizdir, sağda – bir otaq, solda, böyük otaq, otağa daxil olsaq, sağda – yataq otaq, solda da mətbəxdir.
Alıcı da xoşbəxtdir! Mətbəx və hamam, həyətə çıxış qapısı, hamısı yan-yanadır.
Həyətdə təmiz hava, evdə də – iki lavadır. Biri – qədimi üsul ilə, biri – duş və unitaz.
Daimidir su və qaz! Həyətə çıxdıqda da, ayrıca çöl-qapısı ilə, dalana çıxışı vardır.
Evin sahibi varlıdır! Dalanın darvazası, qədim abidə kimi, qorunmaqdadır.
Evdən əlavə də, bağı, damı vardır. Satış məqsədimiz,
arzu və niyyətimiz,
xaricdə qalmaqdır.
Sizə qalan almaqdır,
və xoşbəxt olmaqdır! Evə sahib olmaq üçün, lütfən WhatsApp keçin, 0 alo edin, təcili geyinin və keçinin, gəlin, alın, məmnun qalın.