Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
10.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 847935
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə45 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı10 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Əhmədlidə kupçalı mənzil satılır. Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi 26A ünvanında yerləşən 10 mərtəbəli daş binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzil satışa çıxarılıb. Mənzilin ümumi sahəsi 45 kv.m-dir. Rahat və funksional layihəyə malikdir. Mətbəxlə qonaq otağı arasında xüsusi pəncərəli arakəsmə quraşdırılıb ki, bu da mənzilə fərqli görünüş verməklə yanaşı təbii işığın evə daha yaxşı yayılmasını təmin edir. Mənzildə tam işlək vəziyyətdə kombi sistemi mövcuddur. Qaz, su və işıq daimidir. Bina daş tikilidir və mənzil ən çox tələb olunan 5-ci mərtəbədə yerləşir. Sakit və rahat yaşayış üçün əlverişli ərazidədir. Metroya avtomobillə təxminən 5 dəqiqəlik məsafədə yerləşir. Yaxınlıqda məktəb, uşaq bağçası, marketlər və digər zəruri infrastruktur obyektləri mövcuddur. Sənədləri tam qaydasındadır, çıxarış (kupça) var. Mənzil ipotekaya yararlıdır. Mənzil əşyasız satılır. Lakin xüsusi hazırlanmış mətbəx mebeli və qaz plitəsi evdə qalacaq. Qiymət: 149.000 AZN. Real alıcı ilə mənzilə baxış zamanı qiymətdə razılaşmaq mümkündür. Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.