Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
10.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 847702
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə80 m2
Mərtəbə14 mərtəbə
Binanın mərtəbə sayı21 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Ağ Şəhərin yaxınlığında, 8 Noyabr prospekti üzərində yerləşən Blue Residence yaşayış kompleksində yüksək səviyyədə təmir olunmuş, zövqlə dizayn edilmiş və premium avadanlıqlarla təchiz olunmuş qanuni 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzildə 2 sanitar qovşaq mövcuddur. Mənzilin təmirində keyfiyyətli materiallara, funksionallığa və estetik görünüşə xüsusi diqqət yetirilib. Geniş və işıqlı qonaq otağı mətbəxlə vahid, açıq planlı məkan təşkil edir. Xüsusi dizayn edilmiş mətbəx mebeli və mətbəx adası, premium məişət texnikası, geniş vitraj pəncərələr, qarderob və saxlama sistemləri, dekorativ panellər və zövqlü işıqlandırma interyeri tamamlayır. -------------------------------------------------------------------------------------------------- Yataq otağında geniş qarderob sistemi və eyvana çıxış nəzərdə tutulub. Mənzil qismən əşyalı və yaşayış üçün hazır vəziyyətdə təqdim olunur. Blue Residence-in daxilində yerləşən Blue Mall-da market, restoran, kafe, fitnes və digər xidmətlərlə yanaşı, binanın birinci mərtəbəsində McDonald’s da fəaliyyət göstərir. Kompleksdə 3 mərtəbəli yeraltı avtodayanacaq mövcuddur. Ağ Şəhərə, şəhər mərkəzinə və əsas nəqliyyat arteriyalarına rahat çıxış imkanı var. Mənzil premium təmir və qismən avadanlıqları ilə birlikdə tam hazır şəkildə satışa təqdim olunur. -------------------------------------------------------------------------------------------------- Sənədləri qaydasındadır. Çıxarış (kupça) hazırdır, yalnız müvafiq ödəniş həyata keçirildikdən sonra təhvil alınmalıdır. Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası ,alıcı tərəfindən satış məbləğinin 1%-ni təşkil edir.