Haqqında məlumat
Obyektin növü
Bina evi mənzil
Tikili tipi
Yeni tikili
Sahə
49 m2
Mərtəbə
16 mərtəbə
Binanın mərtəbə sayı
9 mərtəbə
Otaq sayı
2 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Xırdalan şəhərinin ən prestijli və infrastrukturlu kompleksi olan Kristal Abşeron 1 yaşayış kompleksində, köhnə bazarla üzbəüz, şəxsi mənzilim bütün əşyaları ilə birlikdə satılır! Mənzil ideal vəziyyətdədir, heç bir xərc tələb etmir – sadəcə çamadanınızı götürüb köçməyiniz kifayətdir! Mənzil haqqında əsas göstəricilər: ✅Sahəsi: 49 kv.m ✅Otaq sayı: 2 otaqlı studio (Şəkillərdən göründüyü kimi, çox geniş və işıqlı qonaq otağı + mətbəx zonası və ayrıca rahat yataq otağı). ✅Təmir və Əşya vəziyyəti: keyfiyyətli materiallarla təmir olunub. Divan qrupu, böyük yataq dəsti, güzgülü tutumlu qarderob dolabı, mətbəx mebeli,kondisioner,paltaryuyan maşın və digər zəruri əşyalar mənzildə qalacaq.(Televizor ve soyuducu xaric) ✅İstilik sistemi: Kombi sistemi tam çəkilib və işləkdir. Hamam müasir üslubda təmir olunub, duş kabinası və bütün aksesuarları quraşdırılıb. ✅Evin eyvanı tam şüşəbənd olunub. ✅Mənzərə (Ən böyük üstünlüyü): Evin eyvanından şəhərə tərəf möhtəşəm, önü tamamilə açıq və kəsilməyən panorama açılır. Qarşısında bina yoxdur, olduqca havadar və işıqlıdır. ✅Qaz, su, işıq və sürətli internet daimidir. ✅Su anbarları. ✅Sürətli və fasiləsiz işləyən 2 lift. ✅24 saat canlı mühafizə, müşahidə kameraları və təmiz, təhlükəsiz həyət. İnfrastruktur: Bina kompleksin ən yaxşı binasındandır. Kompleks daxilində uşaq meydançası, addım məsafəsində məktəblər, bağçalar, böyük supermarketlər (Spar, Bravo və s.), apteklər və dayanacaq yerləşir.Dayanacağa məsafə 5 dəqiqədir və bütün avtobuslar keçir (135,119, E2, 592 və s.). Bakı-Sumqayıt yoluna çıxış çox rahatdır. Sənəd: Çıxarışı (Kupçası) var. Ev hal-hazırda ipotekadadır. Banka borcu ümumi 37000 azn, 13 il aylıq 420 azn təşkil edir. Mənzilin nağd alış qiyməti 111000 azn-dir, istəyən və rəsmi iş yeri olan 74000 ilkin ödəniş edib, aylıq 420 azn ipoteka ilə bu mənzili əldə edə bilər. Bu binada belə mənzilin kirayəsi ən az 450 azn-dir. Həm şəxsi istifadə, həm də investisiya üçün əla təklifdir. Mənzillə maraqlananlar qeyd edilən nömrə ilə əlaqə saxlaya bilər. Real alıcıya endirim olunacaq.