Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 840443
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə78 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı6 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Şəxsi təmir edilmiş evdir, yaşayış cəmi 45 gün olub evdə. Müəyyən səbəblərdən satılır və ya Qurtuluşda kiçik kvadrat təmirli və ya təmirsiz ev ilə barter olunur. Ev qurtuluşun ən hündür yerində və ən geniş həyəti olan binada yerləşir (məktəbin arxasında). Ev yerdən kifayət qədər hündür birinci mərtəbədə yerləşir. Qaz sayğacı qoyulub yaxın bir neçə gün ərzində qəz veriləcək. Binanın kupçası bu il ərzində verilməlidir. Evin divarlarını ağdağ ilə suvanıb, bütün küncləri 90° ilə lazerlə işlənib (paduqasız) , kabellər turk istehsalı 4-lük kabellər ilə torpaqlama xətti ilə bərabər çəkilib, evə bütünlüklə ECA firmasının avadanlıqları ilə isti döşəmə çəkilib və ehtiyat olaraq radiator çıxışları da qoyulub, yerə 1.6mm qalınlığında keramoqranit vurulub, yataq otaqlarında isə 1.2mm qalınlığında Türkiyənin çamsan firmasının laminatı vurulub, giriş qapısı və pəncərələr dəyişdirilib, mebeller Saloğludan və Madeyradan alınıb, mətbəx mebeli xüsusi sifarişlə 0.70sm dərinlikdə və yerdən tavana yığılıb üstü isə tökmə mərmərdir, soba BOSCH firmasınındır və çox az sərfiyyatı var. Elektrik avadanlıqlarında evdə tək tv ,paltaryuyan və kondisioner yoxdur.hamam və mətbəx aksesuarları hamısı keyfiyyətli firmalardan qoyulub. Bugünkü gündə qurtuluşda bu kvadratda və belə binada bu cür təmirli evi qeyd olunan qiymətə ərsəyə gətirmək mümkünsüzdür. Evin tək mətbəx mebelinə və aksessuarlarına 6700 azn verilib. Xülasə özünə ideal və keyfiyyətli təmir edilmiş ev istəyən müştəri olarsa yerində razılaşmaq olar. Ev müqavilədə 73kv göstərilib lakin real çöldən çölə ölçü 10m×7.8m dir.