Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 840326
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə200 m2
Torpaq sahəsi6 sot
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
🌊 NOVXANIDA DƏNİZİN BİRİNCİ SIRASINDA – MÖHTƏŞƏM BAĞ EVİ SATIŞDA! Dəniz kənarında yaşamaq və gəlirli investisiya etmək istəyənlər üçün əla fürsət! Abşeron rayonu, Novxanı qəsəbəsində, dənizə cəmi 10 metr məsafədə, birinci sırada yerləşən şəxsi bağ evi təcili satışa çıxarılıb. ✅ Torpaq sahəsi: 6 sot ✅ Sənəd: Kupça (tikinti təyinatlı, şəxsi mülkiyyət) ✅ Tikili: Həyətdə hər biri təxminən 100 kv.m olan, tam yaşayışa hazır 2 ədəd müstəqil ev yerləşir. Bu ərazi Novxanının ən prestijli və ən çox tələb olunan hissələrindən biridir. Hazırda burada 1 sot torpağın bazar qiyməti 30.000–35.000 manat təşkil edir. Yalnız torpağın dəyəri təxminən 180.000–210.000 manat arasındadır. Bu səbəbdən təklif olunan əmlak həm yaşayış, həm də uzunmüddətli investisiya baxımından olduqca sərfəlidir. Evlərin üstünlükləri: * Qoşa daş və möhkəm monolit konstruksiya * Tam təmirli və yaşayışa hazır * Tam əşyalı satılır * Hər evdə ayrıca kombi sistemi * Kondisionerlər quraşdırılıb * Bütün kommunikasiyalar ayrıdır * Su, işıq, qaz * Dövlət kanalizasiya sistemi * Sürətli internet * Geniş terras * Möhtəşəm dəniz mənzərəsi Həyətdə müxtəlif növ meyvə ağacları salınıb və istirahət üçün çox rahat şərait yaradılıb. Ərazinin yolu tam asfaltdır və birbaşa dənizə çıxışı mövcuddur. Səhər yuxudan oyanıb bir neçə addıma dəniz sahilinə enmək bu evin ən böyük üstünlüklərindən biridir. Bu əmlak: * şəxsi yaşayış üçün, * yay evi kimi, * günlük və mövsümi kirayə biznesi üçün, * gələcəkdə dəyəri daha da artacaq investisiya məqsədilə ideal seçimdir. 💰 Start qiyməti: 223.000 AZN Belə yerləşməyə və belə qiymətə dənizin birinci sırasında əmlak tapmaq olduqca çətindir. 📞 Ətraflı məlumat almaq və evə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.