Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 839686
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə50 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
TƏCİLİ SATILIR — KUPÇALI, İPOTEKAYA YARARLI 3 OTAQLI MƏNZİL Əlverişli yerləşməsi, şəhərə və dənizə açılan mənzərəsi, üç tərəfdən pəncərələrinin olması və nəqliyyat imkanları ilə seçilən mənzil satışa təqdim olunur. Mənzil Leninqrad layihəli binanın 3-cü mərtəbəsində yerləşir. 2 otaqlı mənzil 3 otağa düzəldilib və funksional planlaşdırılıb. MƏNZİL HAQQINDA: • 2 otaqdan 3 otağa düzəldilib • Qismən əşyalı satılır • Orta təmirli • Kupça mövcuddur • İpotekaya yararlıdır • 3 tərəfdən pəncərələri var — mənzil yelçəkəndir • Şəhərə və dənizə gözəl panoram mənzərəsi var • Mənzildə əşyaların və yükün saxlanılması üçün nəzərdə tutulmuş 4 şkaf və əlavə 1 saxlama yeri mövcuddur KOMMUNAL ŞƏRAİT: • Qaz daimidir • Elektrik daimidir • Su səhər 07:00-dan 10:00-a, axşam isə 19:00-dan 22:00-a qədər daimidir • Digər saatlarda mənzilin 400 litrlik su çənindən istifadə olunur • Su sisteminə hidrofor qoşulduğu halda su təminatını daimiləşdirmək mümkündür • 400 litrlik su çəni sanitar qovşağının üzərində yerləşir YERLƏŞMƏ VƏ İNFRASTRUKTUR: Bina birbaşa əsas yolun kənarında yerləşir və nəqliyyat baxımından olduqca əlverişli mövqeyə malikdir. Ətraf ərazidə gündəlik yaşayış üçün bütün əsas infrastrukturlar mövcuddur. • 4 tərəfdə məktəblər • 2 uşaq bağçası • Araz, OBA və Megastore marketləri • Yaxınlıqda aptek • İctimai nəqliyyata rahat çıxış • Əsas yola birbaşa çıxış Mənzilin üç tərəfdən pəncərələrinin olması həm gün ərzində daha çox işıq, həm də təbii havalandırma baxımından böyük üstünlükdür. Şəhərə və dənizə açılan mənzərə isə mənzilə ayrıca üstünlük qazandırır. Sənədləri qaydasındadır, kupçası mövcuddur və mənzil ipotekaya yararlıdır. Qiymət: real alıcı ilə razılaşmaq mümkündür. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Şirkət komissiyası: 1%