Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 839651
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
MetroKoroğlu
Sahə350 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı8 otaq
XƏZƏR RAYONU, BUZOVNA – MAŞTAĞA YOLUNDA MÖHTƏŞƏM VİLLA SATILIR!
Buzovna qəsəbəsində, Aida Park yolunun üzərində, GreenLife ağac mağazasının yaxınlığında, əsas yoldan cəmi 150 metr içəridə yerləşən, şəxsi tikili və müasir üslubda təmir olunmuş 2 mərtəbəli villa satışa çıxarılır.
Villa 9 sot torpaq sahəsində yerləşir və ümumi yaşayış sahəsi 350 kv.m təşkil edir. Ev 8 otaqdan ibarətdir: 5 yataq otağı, 3 qonaq otağı və 3 sanitar qovşaq. Otaqlar geniş, işıqlı və rahat planlaşdırılıb.
Evdə bütün kommunal xətlər mövcuddur. Kombi istilik sistemi və isti döşəmə sistemi quraşdırılıb.
Həyəti xüsusi zövqlə abadlaşdırılıb və çox səliqəli vəziyyətdədir. Həyətdə filtrli hovuz, söhbətgah, manqalnı, dekorativ şam ağacları, tamet döşənmiş hissə və yaşıllıq sahəsi mövcuddur. Həyətin genişliyi həm ailəvi istirahət, həm də qonaq qəbul etmək üçün ideal şərait yaradır.
Ərazi tam yaşayış massividir. Evin yaxınlığından avtobus xətləri keçir. Məktəb, bağça və marketlər yaxın məsafədə yerləşir. Sakit, rahat və havası təmiz ərazidə yerləşməsi villanın əsas üstünlüklərindəndir.
Geniş həyəti, hovuzu, 350 kv.m yaşayış sahəsi və müasir təmiri ilə villa yaşayış üçün ideal seçimdir.