3 otaqlı Ev / villa, Sabunçu
08.08.2026
Elan nömrəsi: 838444
mulk.az Vasitəçi
47.900 AZN 737 AZN/m2
Bakı. Sabunçu Maştağa Maştağa qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.08.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 838444
Haqqında məlumat
Metro Koroğlu
Sahə 65 m2
Otaq sayı 3 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Maştağa qəsəbəsində tam təmirli həyət evi! Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu (Dəyirman) ərazisində yerləşən 3 sot torpaq sahəsində inşa olunmuş tam təmirli həyət evi təcili olaraq satışa çıxarılıb. Evin ümumi sahəsi 65 m², otaq sayı isə 3-dür. Bütün otaqlar səliqəli təmir olunub və divar kağızı ilə üzlənib. Ev daimi qaz, su və işıqla təmin olunub, sayğacları tam qaydasındadır. Evin ən böyük üstünlüklərindən biri isə evin ölçüsü qədər, hündür tavanlı və geniş quru zirzəmisinin (podvalının) olmasıdır. Zirzəmi hissəsi möhkəm cüt kubiklə inşa edilib, dama şüşə yun (steklovat), döşəməyə isə penoplast izolyasiya vurulduğundan ev qışda isti, yayda sərin olur. Evdə nəmişlik yoxdur və göl üzərində tikilmiş evlərdən deyil. Həyətdə geniş navest, tam təmirli köməkçi otaq, əşyaların saxlanılması üçün iki əl yeri, müxtəlif gül və ağaclar mövcuddur. Həyət tam hasarlanıb və hasarın hündürlüyü təxminən 3 metrdir. Hamam və sanitar qovşağı həyətdə, evdən təxminən 6 metr məsafədə yerləşir. Ev kombi sistemi, kondisioner və mətbəx mebeli ilə birlikdə satılır. Təmirə heç bir ehtiyac yoxdur – alıb dərhal yaşamaq mümkündür. Sənəd: Bələdiyyə sənədi. Qiymət: 47 900 AZN. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Ev Koroğlu metro stansiyasından təxminən 15 dəqiqəlik avtomobil yolu məsafəsində yerləşir. Sakit və yaşayış üçün əlverişli ərazidə yerləşən bu ev həm ailə həyatı, həm də sərfəli investisiya üçün ideal seçimdir.
Zəng et
Bənzər elanlar