Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 837680
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə148 m2
Mərtəbə17 mərtəbə
Binanın mərtəbə sayı24 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Ev sahibindən birbaşa satılır! Xahiş olunur, maklerlər narahat etməsinlər. Bakının ən prestijli ərazilərindən birində, Xətai metrosuna cəmi 2–3 dəqiqəlik piyada məsafədə yerləşən geniş və yüksək keyfiyyətlə təmir olunmuş 3 otaqlı mənzil satışa çıxarılır. Mənzil 24 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 147.9 kv.m təşkil edir. Quruluşu: * 2 yataq otağı * 1 geniş qonaq otağı * Ayrı mətbəx * Balkon * 1 sanitar qovşaq (hamam və WC birlikdə) * 1 ayrıca qonaq sanitar qovşağı Mənzil ev sahibi tərəfindən şəxsi yaşayış üçün yüksək keyfiyyətli və bahalı tikinti materiallarından istifadə olunaraq təmir edilib. Otaqlarda isti döşəmə sistemi quraşdırılıb. Binada 3 ədəd sürətli lift fəaliyyət göstərir. Qaz, su, işıq və internet daim mövcuddur. Mənzilin çıxarışı (kupça) və texniki pasportu var. İpotekaya tam yararlıdır. Yaxınlıqda məktəb, uşaq bağçası, xəstəxana, supermarketlər, kafe və restoranlar, həmçinin gündəlik tələbat üçün bütün zəruri infrastruktur mövcuddur. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Babək prospektinə rahat nəqliyyat çıxışı var. Real alıcılar əlaqə saxlaya bilərlər. Maklerlərdən xahiş olunur narahat etməsinlər.