Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
31.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 834899
Haqqında məlumat
Obyektin növüObyekt
KreditKreditsiz
TАРГОВУDA (Nizami küçəsi yaxınlığında) PREMİUM OFİS İCARƏYƏ VERİLİR! Təmirli, 225 kv.m sahəsi olan və ofis kimi nəzərdə tutulmuş obyekt icarəyə verilir. 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən obyektin Sahil metro stansiyasına cəmi 3 dəqiqəlik piyada məsafəsi var. Otağın daxilində əvvəlki icarəçilərdən qalan arakəsmələr mövcuddur ki, istəyə uyğun olaraq onları söküb öz üslubunuza və brendinizə uyğunlaşdıra bilərsiniz. Ayrı və rahat mətbəxi, anbar otağı, sanitar qovşağı və birbaşa Molokan bağçasına baxan gözəl mənzərəli balkon̆u olan hər şey əla vəziyyətdədir. Birbaşa Molokan bağının yanında, "Pasha Bank"ın yaxınlığında yerləşən binanın bütün mərtəbələri ofis və obyektlər tərəfindən tutulub. Binaya giriş kodla, lift isə kartladır, həmçinin obyektin ayrı lifti var və videomüşahidə ilə təchiz olunaraq tam təhlükəsiz şərait yaradılıb. Ətrafında "Pasha Bank", Fəvvarələr meydanı, Nizami küçəsi (Tarqovu), Dənizkənarı Milli Park (Bulvar), cürbəcür tanınmış restoranlar, kafelər, otellər və əsas iaşə obyektləri yerləşir.