Abşeron / Goradil / Həyət evi - Villa
31.07.2026
Elan nömrəsi: 834880
www.evv.az Vasitəçi
465.000 AZN 1.057 AZN/m2 Satılır
Təmirli
Bakı. Abşeron Ü.Hacıbəyov küçəsi, ev 2
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
31.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 834880
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 440 m2
Torpaq sahəsi 10 sot
Otaq sayı 4 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Görədildə dəniz panoramalı möhtəşəm villa satılır! Ünvan: Görədil qəsəbəsi, “Dəniz Market”in yaxınlığı Hündür və açıq ərazidə, sakit və elit yaşayış məhəlləsində yerləşən villa həm daimi yaşayış, həm də bağ evi üçün ideal seçimdir. Ərazi təmiz havası, dəniz mənzərəsi və çimərliyə cəmi 5 dəqiqəlik məsafəsi ilə seçilir. Villa monolit dəmir-beton konstruksiya ilə inşa olunub və ilin bütün fəsillərində rahat yaşayış üçün tam təchiz edilib. Ümumi sahəsi: təxminən 440 kv.m Torpaq sahəsi: 9,15 sot Mərtəbə sayı: 2 mərtəbə, zirzəmi və mansard Yataq otağı: 5 Mətbəx: 2 tam təchiz olunmuş mətbəx Qiymət: 465 000 AZN Qaz, su və işıq daimidir. Optik internet, qapıya qədər asfalt yol və mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. Villa mebel və texniki avadanlıqlarla birlikdə satılır. Yalnız cehizlik mebellər götürüləcək. Evin çıxarışı (kupçası) və texniki pasportu var. HƏYƏT Həyət 2 səviyyəli xüsusi landşaft dizaynı ilə hazırlanıb. Ərazidə üzümlük, 2 meyvə bağı, əkin üçün münbit torpaq, avtomatik suvarma sistemi, təndir və manqal zonası, besedkalar, gəzinti yolları və gecə işıqlandırma sistemi mövcuddur. Bundan əlavə, təhlükəsizlik kameraları, uşaq yelləncəyi, 50 başlıq qapalı toyuq damı, qaz nasosu və şambo sistemi var. ZİRZƏMİ VƏ QARAJ Zirzəmi hissəsində 4 avtomobil üçün geniş qapalı qaraj, emalatxana və trenajor otağı yerləşir. Elektrik və Plug-in avtomobillər üçün 32 amperədək şarj imkanı yaradılıb. Villada avtonom generator, elektrik stabilizatoru, 3 fazalı elektrik sistemi, mərkəzləşdirilmiş kombi sistemi, 2 çənli hidrofor, su təmizləyicisi və təmirli sanitar qovşaq mövcuddur. 1-Cİ MƏRTƏBƏ Birinci mərtəbədə geniş zal və holl, ayrıca otaq, böyük mətbəx, 2 sanitar qovşaq və sauna üçün nəzərdə tutulmuş sahə yerləşir. Böyük elliptik balkon, “Mitsubishi” və “Samsung” kondisionerləri, 120 litrlik “Ariston”, smart domofon və uzaqdan idarə olunan kamera sistemi mövcuddur. 2-Cİ MƏRTƏBƏ İkinci mərtəbədə 5 yataq otağı, sanitar qovşaq və eksklüziv balkon yerləşir. Otaqlarda TV və telefon xətləri, həmçinin “Mitsubishi” kondisionerləri quraşdırılıb. MANSARD Mansard hissəsində geniş təmirli zal, sanitar qovşaq, 3 köməkçi otaq və ya anbar, həmçinin balkon mövcuddur. Dam və divarlar gücləndirilmiş izolyasiya ilə təmin olunub. Peyk anten sistemi quraşdırılıb. Villa zövqlə və səliqəli şəkildə istifadə olunub. Dəniz mənzərəsi, zəngin infrastrukturu və yüksək komfortu ilə təhlükəsiz və rahat ailə həyatı üçün tam hazırdır.
Zəng et
Bənzər elanlar