Quba / Obyekt - Ofis
31.07.2026
Elan nömrəsi: 834771
tap.az Vasitəçi
155.000 AZN Satılır
Quba. Quba Quba
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
31.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 834771
Haqqında məlumat
Obyektin növü Obyekt
Torpaq sahəsi 172 sot
Kredit Kreditsiz
Quba rayonu, II Nügədi kəndində 1 hektar 72 sot məhsuldar bağ satılır. Bağda ümumilikdə 1000-ə yaxın alça və gilas ağacı mövcuddur. Ağacların hamısı cavan və məhsuldardır – bir qismi 5–6 illik, digər qismi isə 3 illikdir. Gilas ağacları yüksək məhsuldarlığı ilə seçilən xarici sortlardır. Bağda Karmen, Primərcan, Ziraat və digər xarici gilas növləri əkilib. Bağın üstünlükləri: * Ümumi sahə: 1 hektar 72 sot * 1 hektar sahədə tam quraşdırılmış damlama suvarma sistemi mövcuddur. * Su quyusu, motorxana və bütün suvarma infrastrukturu hazır vəziyyətdədir. * Qalan 72 sot sahə hazırda arx suyu ilə suvarılır. İstənildiyi halda damlama sistemi də asanlıqla quraşdırıla bilər. Bağın yanından su kanalı keçir. * Bağ ərazisində 2 otaq və mətbəxdən ibarət tikili var. Tikilinin daxili təmiri tamamlanmayıb. Gəlirlilik: * Bağın illik gəliri təxminən 30 000–50 000 AZN təşkil edir. Bağa bu günə qədər görülən qulluq işləri, quraşdırılmış suvarma sistemi, tikili və digər infrastruktur üçün 40 000 AZN-dən çox vəsait yatırılıb. Torpağın bazar dəyəri də nəzərə alındıqda, bağ real dəyərindən xeyli aşağı qiymətə satışa çıxarılıb. Ciddi alıcılar üçün əla investisiya və gəlir mənbəyidir. Fikri ciddi olanlar əlaqə saxlasın
Zəng et
Bənzər elanlar