Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
30.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 833725
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroNeftçilər
Sahə50 m2
Mərtəbə16 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Nizami rayonu, Məsəti Gəncəvi küçəsində, Xəzər Universitetinin yaxınlığında hazır kreditdə olan mənzil satılır. Ümumi sahəsi 50 kv.m olan mənzil 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. İlkin olaraq 1 otaqlı olan mənzil 2 otaqlı studiya tipinə çevrilib. Mənzil təmirlidir və qismən əşyalı satılır. Mənzildə qaz, su, işıq, istilik və internet daimidir. Bina 2 sürətli liftlə təmin olunub və lift birbaşa 16-cı mərtəbəyədək qalxır. Mənzil mansard deyil, tavanları hündür, otaqları isə işıqlıdır. Üst örtüyü betondur. Binanın yeraltı avtomobil dayanacağı mövcuddur. Həyətdə böyüklərin və uşaqların istirahəti üçün şərait yaradılıb. Yaxınlıqda məktəblər, uşaq bağçaları, marketlər və digər zəruri obyektlər yerləşir. Neftçilər metrostansiyasına avtomobillə təxminən 5 dəqiqəlik məsafə var. Mənzil kirayə vermək üçün də əlverişli seçimdir. Hazırda ABB-də 10%-li daxili kreditdədir. Kreditin rəsmiləşdirilməsi üçün rəsmi iş yeri tələb olunur. İlkin ödəniş: 111 000 AZN Banka qalan borc: 43 000 AZN Aylıq ödəniş: 498 AZN Qalan müddət: 13 il 6 ay Nəğd satış qiyməti: 153 000 AZN Ofis xidmət haqqı mənzilin ümumi dəyərinin 1%-ni təşkil edir.