Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
30.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 833611
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroAvtovağzal
Sahə72 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı10 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Biləcəri qəsəbəsi, Həmdəm Ağayev küçəsində yerləşən “Greenville Residence” yaşayış kompleksində 2 otaqlı təmirsiz mənzil satılır. Ümumi sahəsi 72 kv.m olan mənzil 10 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Mənzil təmirsizdir və yeni sahibinə onu şəxsi zövqünə uyğun şəkildə dizayn edib təmir etmək imkanı yaradır. Binada qaz, su və işıq daimidir, lift mövcuddur. Türkiyə şirkəti tərəfindən inşa olunan yaşayış kompleksi geniş və müasir infrastruktura malikdir. Ərazidə futbol, basketbol və voleybol meydançaları, tennis kortu, açıq və qapalı hovuzlar, avtodayanacaq, fitnes və spa mərkəzi fəaliyyət göstərir. Kompleks 24 saat mühafizə olunur. Binalarda sensorlu və xarici işıqlandırma sistemi, ehtiyat elektrik generatoru, yanğına davamlı izolyasiya və 2 günlük ehtiyat su anbarı mövcuddur. Kompleks Avtovağzal metrostansiyasına yaxın, əlverişli ərazidə yerləşir. Satış qiyməti 155 000 AZN-dir. Real alıcı ilə qiymətdə razılaşma mümkündür.