Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
30.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 832548
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə63 m2
Torpaq sahəsi2.2 sot
Otaq sayı3 otaq
KreditKreditsiz
Abşeron rayonu, Hökməli qəsəbəsində, əsas yolun kənarında yerləşən fərdi həyət evi satılır. Əmlak Bakının hündür və havası təmiz ərazilərindən birində yerləşir, şəhərə panoramik mənzərəsi var. Ev həm daimi yaşayış, həm də gələcəkdə biznes fəaliyyəti üçün əlverişli mövqedədir. Torpaq sahəsi 2,2 sotdur. Ev 9x7 metr ölçüdə, 5 daş kürsülü tikilib və yüksək səviyyədə təmir olunub. Daxili planlaşdırma 3 otaq və studiya tipli mətbəxdən ibarətdir. Tikildiyi vaxtdan yaşayış olmayıb. İnşaat prosesinin bütün mərhələlərinə aid fotoşəkillər mövcuddur. İşıq və qaz sayğacları quraşdırılıb. Sürətli internet xətti və daimi su quyusu hazırdır. Həyətdə bar verən müxtəlif meyvə ağacları mövcuddur. Evin giriş hissəsində, əsas yola baxan 7x10 metr ölçülü ayrıca bağ sahəsi var. Bu ərazi gələcəkdə mağaza, aptek, gözəllik salonu və ya digər ticarət obyekti tikmək üçün əlverişlidir. Yol hərəkətlidir və ərazidə gediş-gəliş intensivdir. 156 nömrəli avtobus həyət qapısının qarşısından keçir. Yaxınlıqda məktəb, hazırlıq kursları, uşaq bağçası, “Megastore” və “Araz” supermarketi yerləşir. Əmlak şəxsi mülkiyyətdir. Real alıcı ilə evə baxış keçirildikdən sonra qiymətdə razılaşma mümkündür.