Xətai metrosunun yaxınlığı
29.07.2026
Elan nömrəsi: 832019
yeniemlak.az Vasitəçi
370.000 AZN 3.083 AZN/m2 Satılır
Təmirli
Bakı. Xətai
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
29.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 832019
Haqqında məlumat
Obyektin növü Ofis
Sahə 120 m2
Mərtəbə 17 mərtəbə
Binanın mərtəbə sayı 3 mərtəbə
Otaq sayı 3 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Xətai metrosuna yaxın, Meqafan binası ilə bitişik yaşayış binasında tam müasir təmirli və bütün mebellərlə təchiz olunmuş ofis üçün ideal mənzil satılır. Mənzil 17 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir və ümumi sahəsi 120 kv.m-dir. Məkan ofis şərtlərinə uyğun olaraq peşəkar şəkildə planlanıb və təchiz edilib. Planlamaya böyük konfrans zalı, 2 nəfərlik resepsion/lobbi zonası, 5 nəfərlik əməkdaşlar üçün açıq iş sahəsi, 1 ədəd müdir otağı, kiçik mətbəx və sanitar qovşaq daxildir. Konfrans zalından və müdir otağından birbaşa açıq balkona çıxış mövcuddur, ümumilikdə 2 giriş var. Mənzilin tavan hündürlüyü 3.2 m-dir və bu da məkana genişlik və işıq verir. İstilik sistemi fərdi kombi ilə təmin olunur, qaz, su və işıq daimidir. Binada 2 ədəd lift, domofonlu giriş və mühafizə olunan həyət var. Telefon və yüksək sürətli wi-fi xətti çəkilib. Mənzil bütün mebel və texniki təchizatlarla birlikdə təhvil verilir, əlavə xərc tələb etmir və dərhal fəaliyyətə başlamaq mümkündür. Sənəd qaydasındadır. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın.
Zəng et
Bənzər elanlar