Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
29.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 830410
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə200 m2
Torpaq sahəsi8 sot
Otaq sayı3 otaq
KreditKreditsiz
Qəbələ rayonunda, “7 Gözəl Hotel”in yaxınlığında isti hovuzlu villa günlük kirayə verilir. Şəhərin səs-küyündən uzaqda, dağ mənzərəli və sakit ərazidə yerləşən villa ailəvi istirahət və dostlarla rahat vaxt keçirmək üçün ideal seçimdir. Villa 3 otaqdan ibarətdir. Evdə 2 yataq otağı, studio tipli mətbəx və geniş qonaq otağı mövcuddur. Ümumilikdə 8 nəfərin rahat yerləşməsi üçün yatacaq yerləri var. Villada aşağıdakı imkanlar mövcuddur: * 4×8 metr ölçülü, 1,60 metr dərinlikdə isti hovuz * 2 sanitar qovşağı * Dağ mənzərəli geniş terras * AUX və Bluetooth dəstəkli musiqi sistemi * 2 ədəd Smart TV * Terrasda açıq hava kino proyektoru * Manqal, sac və samovar * Həyətdə rahat söhbətgah Ailə və dostlarla sakit, komfortlu və yaddaqalan istirahət üçün bütün şərait yaradılıb. Qeyd olunan qiymət minimum 2 gecə bron edildikdə 1 gecə üçün nəzərdə tutulur.