Bakı / Həyət evi - Villa
29.07.2026
Elan nömrəsi: 830314
tap.az Vasitəçi
198.000 AZN 990 AZN/m2 Satılır
Bakı. Səbail Bayıl Mehdiabad qəs.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
29.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 830314
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 200 m2
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
REAL ALICIYA ENDİRİM OLACAQ ! Evin sahibiyəm. Qiymət 210.000-dən endirildi 199.000 aznə. Ev Mehdiabadda mərkəz yoldan təxminən 200 metr içəridə yerləşir.Azadlıq və Ulduz metrosuna marşrutlar işləyir.Novxanı və Pirşağı çimərliyinə təxminən 20-30 dəqiqəlik ərazidədir. Bura Mehdiabadın ən gözəl,təxminən 10 metr enində,geniş küçəsi olan məhəlləsidir.Paket kupçadır.Evin də, torpağın da Kupçası var.Hipotekaya tam yararlıdır. Evin damı gözəl mansard formasındadır.Damın çerepiçası Yaponiya istehsalıdır 0.50mm qalınlığındadır.1-2 ilə rəngi gedən,ucuz sex məhsulu deyil.Çerepiçanın alt qatı standartlara uyğun olaraq izolyasiya materialları ilə işlənilib. Ev 2 daşla tikilib və 1-ci mərtəbə ilə 2-ci mərtəbənin arası monolit betondur.Otaqların hündürlüyü 3 metrdir.Ev soyuq havalarda İtaliya istehsalı olan İmergas kombisi ilə qızdırılır. İsti havalarda sərinləmək üçün yenicə alınmış Mitsubishi kondisoneri də var.Birinci mərtəbədə tualet,hamam,zal,mətbəx,yataq otağı var. İkinci mərtəbədə isə tualet-hamam və üç yataq otağı var.İkinci mərtəbədə geniş balkon da var. Həyətdə bol məhsul verən 10-illik alma,vişnə,gilas,nar,üzüm,alça,əncir,muşmula ağacları və dekorativ güllər var. Həyətdə ehtiyyat üçün 5 m3 su çəni var. Əgər lazım olarsa,bu çəndən matorla rahatca suyu evə vurmaq olur.Qaz,işıq,su,telefon,internet var.Evin fasadı tarsovka olunub və super keyfiyyətli,tez solmayan,Türkiyə istehsalı olan,silikonlu Betek boyası ilə rənglənib. Çox yaxın ərazidə marketlər, baxçalar və məktəblər də var. Təkcə 3 sot torpağın qiyməti 75.000 azndir.Evi işlərimlə əlaqədar olaraq,pul lazım olduğu üçün satıram.Ciddi olmayan şəxslər narahat etməsin. Yaxınlarda Mehdiabaddan bir başa Baksol-Ziya Bünyadova qısa yol çəkiləcək. Bundan başqa Sea-Breeze – Mehdiabad Mehdiabad – 8 Noyabr prospekti Bayıl – 28 May Həzi Aslanov – 28 May tramvay xəttinin çəkilməsi də nəzərdə tutulub.Qeyd olunan yol və tramvay xətti çəkilməyə başlayanda,bu evin qiyməti xeyli bahalaşacaq.Çünki yola yaxın məsafədə yerləşir. Yağışlarda,leysanlarda bu evin ərazisini su basmır Binəqədi,Ramanı,Masazır,Xırdalandakı kimi.Tam təhlükəsiz ərazidə,hündür relyefdə yerləşir bu ev. REAL ALICIYA QİYMƏTDƏ ENDİRİM OLACAQ ! Xaricdə ola bilərəm.Nömrəmə zəng çatmasa,nömrəmin votsapına yazın.
Zəng et
Bənzər elanlar