Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
29.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 829886
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə220 m2
Torpaq sahəsi4.5 sot
Otaq sayı4 otaq
KreditKreditsiz
Ümumi sahəsi 4,5 sot olan torpaq sahəsində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi satılır. Evin tikili sahəsi 148 kv.m-dir. Ev təmirsiz vəziyyətdədir, divarlara üzlük astar vurulub. Kombi sistemi çəkilib. Giriş dəhlizinə 120×60 ölçülü keramoqranit döşənib və isti döşəmə sistemi quraşdırılıb. Hamamda da isti döşəmə mövcuddur. Birinci mərtəbədə 57 kv.m sahəsi olan geniş salon, 34 kv.m mətbəx, ayrıca hamam və sanitar qovşaq yerləşir. İkinci mərtəbədə 3 geniş yataq otağı və 1 hol var. Böyük yataq otaqlarından birində ayrıca qarderob otağı mövcuddur. Evin bütün pəncərələri yaxın günlərdə 70-lik profillərlə yenilənib. Həyətdə müxtəlif meyvə ağacları, əlavə əşyaların saxlanılması üçün kiçik tikili və 4 tonluq su çəni var. Ev “Greenville” yeni tikili binalarının arxasında, Zəfər küçəsi 151 ünvanında yerləşir. Ərazi uzun illərdir yaşayışlıdır. Sənəd bələdiyyə sənədidir. Ev şəxsi mülkiyyətdir, vasitəçi tərəfindən satılmır. Real alıcı ilə qiymətdə razılaşma mümkündür. Otaqların əlavə şəkilləri WhatsApp vasitəsilə göndərilə bilər. Qeyri-ciddi şəxslərin narahat etməməsi xahiş olunur.