Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 825899
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə165 m2
Torpaq sahəsi2 sot
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Əhmədli metrosuna yaxın – Paket Kupçalı və İpotekaya Yararlı 2 Mərtəbəli Həyət Evi Satılır! . Xətai rayonu,Köhnə Əhmədli qəsəbəsində,Əhmədli metrosuna yaxın ərazidə yerləşən, geniş həyətə malik 2 mərtəbəli həyət evi satışa təqdim olunur. . 2 sot torpaq sahəsində inşa edilmiş evin ümumi sahəsi 165 kv.m təşkil edir. Qanuni 6 otaqdan ibarət olan ev keyfiyyətli tikinti və səliqəli təmiri ilə seçilir. Ev iki ailənin rahat yaşayışı üçün nəzərdə tutulub və hər mərtəbənin ayrıca giriş qapısı mövcuddur. İstəyə uyğun olaraq daxili pilləkən əvvəlki vəziyyətinə qaytarılaraq vahid yaşayış evi kimi də istifadə edilə bilər. . Evin otaqları geniş və işıqlıdır. Hər iki mərtəbədə ayrıca mətbəx və sanitar qovşağı mövcuddur. Qaz, su və işıq daimidir. Kombi istilik sistemi, 3 kondisioner, optik internet xətti və bəzi quraşdırılmış mebellər (mətbəx mebelləri, dolablar və s.) yeni sahibinə təhvil veriləcək. . Ev cüt daşla inşa olunub, mərtəbələrarası örtük monolit beton olduğundan möhkəm və uzunömürlü tikilidir. Həyətdə eyni anda 3 avtomobil rahat şəkildə park edilə bilir. . Real alıcı ilə qiymətdə yerində razılaşmaq mümkündür. . Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.