Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 825388
Haqqında məlumat
Obyektin növüObyekt
Sahə1160 m2
Torpaq sahəsi29 sot
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı11 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Abşeron rayonu, Digah qəsəbəsində, Böyükşor–Yanardağ–Mehdiabad yolunun tam kənarında, “Oba Market”lə üzbəüz, “Araz Supermarket”ə yaxın, çıxarışlı əmlak kompleksi sahibindən satılır. Əmlak kompleksi (fərdi ev, qeyri-yaşayış obyekti və torpaq sahələri) çıxarışlıdır və xüsusi mülkiyyətdədir. Kompleksin təsviri: - 18 sot torpaq sahəsi və üzərində 2 mərtəbəli, ümumi sahəsi 760 kv.m olan fərdi yaşayış evi; - 11 sot torpaq sahəsi və üzərində ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış obyekti; - Qeyri-yaşayış obyekti hissələrə bölünmüş formada istifadə olunur və hazırda icarədədir. Əmlakın əsas üstünlükləri: - Torpaq və obyektlər birbaşa magistral yolun 1-ci cərgəsində yerləşir; - Əsas yolla yanaşı, kadastr üzrə digər 2 küçəyə də çıxış imkanı var; - Qarşısından marşrut xətti keçir, dayanacaq yaxınlıqda yerləşir; - Transformator 30 metr məsafədə yerləşir; - Əmlakın su, işıq və qaz təminatı daimidir və mərkəzləşmiş kanalizasiya sisteminə qoşulub, obyektin yaxınlığında hidrant yerləşir; - Torpaq sahələrinin ölçüləri səliqəlidir və layihələndirmə üçün əlverişlidir; - Ərazi villalar, həyət evləri, apartman tipli binalar və sahibkarlıq obyektləri ilə formalaşmış yaşayış zonasıdır. Fərdi yaşayış evi monolit beton konstruksiya ilə inşa olunub. 1-ci mərtəbə köhnə təmirlidir, 2-ci mərtəbədə isə tamamlanma işləri qalıb. Həyətdə müxtəlif ağaclar, yaşıllıq və geniş terras mövcuddur. Sahənin genişliyi əlavə tikinti, yenidənqurma və ya yeni layihələndirmə üçün imkan yaradır. Torpaq sahəsinin qiyməti: 800.000 AZN Qeyri-yaşayış obyekti və fərdi ev ayrıca qiymətləndiriləcək. Əmlak kompleksinin, torpaq sahəsinin bütöv və ya hissəli şəkildə satılması halında qiymətə ayrıca baxıla bilər. Sahibindən satılır. Vasitəçi deyil.