Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 824005
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə250 m2
Torpaq sahəsi6 sot
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Paket kupçalı, ipotekaya yararlı, qismən əşyalı. Dənizə 300 metr məsafədə, əsas yola 5 dəq Hövsan d/y stansiyasına piyada 10 dəq məsafədə socar bağları adlanan ərazidə 6 sotun içində 2 mərtəbə bağ evi. 1-ci mərtəbədə böyük zal, mətbəx, sanuzel və terras. Sanuzel və terras istipoldur. 1-ci mərtəbənin tavanı və 2 ci mərtəbə divar və tavan xüsusi aromatik məhlulla işlənmiş taxta ilə üzlənib. 1-ci mərtəbənin divarı dekorativ daşla üzlənib. 2-ci mərtəbədə 3 otaq, sanuzel və kladovka, hər iki mərtəbədə bəzi əşyalar qalır. Bütün tikinti norma və qaydalarına ciddi şəkildə əməl olunmaqla inşa edilmişdir və bünövrə 4 mərtəbəyə hesablanmışdır. Bünövrə tam şəkildə izolyasiya olunmuşdur, divarlar 2 daşdır və aralarında penoplast lovhələr yerləşdirilib, tam quru evdir. Quru zirzəmisi vardır. bütün otaqlarda ventilyasiya şaxtası yerləşdirilib. Dam sendviç paneldən yığılıb. İstilik sistemi kombidir, işıqlı və skvaznoydur. Ətrafda yaşayış vardır, sakit və qorunan ərazidir. Qaz su işıq internet vardır, bütün sayğaclar quraşdırılıb. Həyətdə bəhər verən meyvə və dekorativ ağaclar vardır. Həyət metlaxla döşənib, 5 maşınlıqdır, 10 tonluq su hovuzu və manqalnısı var. Binanın üzü suvanıb, zövqə görə daş və ya tarsovka ilə üzlənə bilər. İstəyə görə həyətdə hovuz da tikilə bilər. Həyətə göz baxmır. Qeydiyatda heç kim yoxdur, öz evimdir, özüm satıram. Makler və tiktokerlər narahat etməsin.