Bakı / Xətai / H.Aslanon qəs. / Yeni tikili
26.07.2026
Elan nömrəsi: 823388
www.evv.az Vasitəçi
650 AZN 8 AZN/m2 Kirayə
Bakı. Səbail Bayıl Həzi Aslanov qəs.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(077) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 823388
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 85 m2
Mərtəbə 17 mərtəbə
Binanın mərtəbə sayı 17 mərtəbə
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Həzi Aslanov metrosunun yaxınlığında, Tikmatın binasında, Urfa restoranının arxasındakı məhəllədə 84 m², 2 otaqlı + əlavə üst otaqlı, tam əşyalı mənzil kirayə verilir. Mənzil 17 mərtəbəli binanın 17-ci yaşayış mərtəbəsində yerləşir. Mansard deyil. Sonuncu mərtəbə olduğuna görə mənzilin tavanları hündürdür və əlavə üst sahəsi mövcuddur. Üst hissədə ayrıca otaq var, otaqda açılıb-bağlanan divan yerləşir və ehtiyaca uyğun yataq, istirahət və ya iş otağı kimi istifadə edilə bilər. Binada 2 lift mövcuddur: sərnişin və yük lifti. Liftlər 16-cı mərtəbəyə qədər qalxır, mənzilə son 1 mərtəbə pilləkənlə çıxılır. Mənzil kirayəyə verilməzdən əvvəl təmizlik şirkəti tərəfindən tam təmizlənib, əşyalar və mebellər yoxlanılıb və yenilənib. Mebellərin bütün mexanizmləri, hətta petlələrinə qədər işlək vəziyyətə gətirilib. Mənzildə yeni alınmış və yenilənmiş əşyalar var: yeni divan, yeni matras, yeni pərdələr, stullar, yeni tozsoran, ütü masası və stol üçün yeni süfrə. Hamamda duş sistemi də yenisi ilə əvəz olunub. Mənzil tam əşyalıdır və yaşayış üçün hazırdır. Kondisioner, kombi, paltaryuyan maşın, soyuducu, televizor və digər zəruri məişət əşyaları mövcuddur. CityNet internet və TV aktivdir. Qaz, su və işıq daimidir. Əlavə olaraq balkonda ehtiyac olduqda istifadə etmək üçün 4 ədəd stul saxlanılır. Mənzilə köçmək üçün əlavə əşya almağa ehtiyac yoxdur — kirayəçi şəxsi əşyalarını gətirib rahat şəkildə yaşaya bilər. Mənzilin təmizliyinə və əşyaların işlək vəziyyətdə olmasına xüsusi diqqət yetirilib. Aylıq kirayə haqqı: 650 AZN. Komendant ödənişi qiymətə daxildir. Azyaşlı uşaqlı ailələrə verilmir. Mənzil real şəkildə şəkildəki vəziyyətdədir. XİDMET HAQQI 30%DİR.
Zəng et
Bənzər elanlar