Abşeron / Həyət evi - Villa
26.07.2026
Elan nömrəsi: 823289
bina.az Vasitəçi
149.000 AZN 1.064 AZN/m2 Satılır
Təmirli
Bakı. Abşeron Məmmədli Məmmədli qəs.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 823289
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 140 m2
Torpaq sahəsi 4 sot
Otaq sayı 3 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
🏡 SATILIR – Kürdəxanı, Məhəmmədli yolu | 149.000 AZN Kürdəxanı qəsəbəsi, Məhəmmədli yolunda yerləşən 4 sot torpaq sahəsində 140 m² həyət evi satışdadır. ✅ Evin içi tam təmirlidir, əlavə xərc çəkmədən yaşayış üçün tam hazırdır. ✅ 3 otaq (çox böyük zalı var, ölçüsünə görə 2 otağı əvəz edir) ✅ Geniş mətbəx ✅ Həyətdə ayrıca sanitar qovşağı (adelni sanuzel) ✅ Yay mətbəxi, besedka və kabab bişirmək üçün manqal ✅ Toyuq və cücə saxlamaq üçün ayrıca yer mövcuddur. ✅ Tərəvəz əkmək üçün geniş torpaq sahəsi var. ✅ Həyətdə bol bar verən meyvə ağacları var: alça, yapon əzgili, yerli əzgil, armud, feyxoa, nar, tut, əncir, karalyok, alma və üzüm. ✅ Qaz, su, işıq və internet daimidir, fasiləsizdir. ✅ Hazırda kanalizasiya sistemi şambodur. Dövlət kanalizasiya xəttinin əsas magistralı artıq çəkilib və yaxın zamanda qoşulacağı gözlənilir. ✅ Ev 10 ildən artıqdır tikilib. ✅ Ev yüksək keyfiyyətli monolit beton konstruksiya ilə inşa olunub. Möhkəm bünövrəsi və daşıyıcı sistemi sayəsində rahatlıqla ikinci mərtəbə artırmaq mümkündür. Bu, evin gələcək dəyərini artıran əsas üstünlüklərdəndir. ✅ Ev yerdən maksimum hündürlükdə tikildiyi üçün rütubət problemi yoxdur və ərazi sel, su basma təhlükəsi olmayan yerdə yerləşir. ✅ Evdən təxminən 300 metr məsafədə Koroğlu, Bakıxanov, Sumqayıt və Novxanı istiqamətlərinə işləyən 3-4 marşrut xətti fəaliyyət göstərir. ✅ Koroğlu metrostansiyasına avtomobillə cəmi 15–20 dəqiqəlik yoldur. 📄 Sənəd: Torpağın çıxarışı var. Torpağın təyinatı kənd təsərrüfatı təyinatlı ehtiyat torpaqdır. Ərazidə yerləşən bütün evlərin sənədləri eyni qaydadadır. Qanunvericiliyin tələblərinə uyğun olaraq torpağın təyinatının dəyişdirilməsi üçün müraciət etmək mümkündür. 💰 Qiymət: 149.000 AZN ⚠️ Yalnız ciddi alıcılar müraciət etsin. Alqı-satqı ilə məşğul olan şəxslərin elanı paylaşması qəti qadağandır.
Zəng et
Bənzər elanlar