Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 822513
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə84 m2
Otaq sayı3 otaq
KreditKreditsiz
Səbrlə oxuyun, zəhmət olmasa )) Masazır qəsəbəsi, Viktoriya yaşayış kompleksi, 13/4 mərtəbədə yerləşən və 3 otağa düzələn mənzil satılır. Qurtuluş-93 kompleksinin yanında yerləşir. Səmimi yazıram, mənzil maddi səbəblərdən yox, mənəvi səbəblərdən satılır. Ona görə podmayak qiymətinə satıram. Şəkillərdə necə görürsünüzsə, elə də satılır. Təxminən 1000-1500 manatlıq xərci var mənzilin. Həll edəcəksiniz, olacaq çiçək kimi mənzil, həm də bu qiymətə. Mənzildə əşya yoxdur. Mətbəx mebeli də yoxdur. Bom-boş mənzil satıram, əzizlər. Masazırda bilirsiniz ki, ən ucuz binalar Qurtuluş-93 kompleksindədir. Boş daşın (suvaqsız) kvadratı 1000 manatdan başlayır. Təsəvvür edin, mən sizə bu qiymətə təmirli ev satıram. Mənəvi sıxıntılarım var. Bu evdən, bu ərazidən uzaqlaşmalıyam psixoloji cəhətdən. İnanın səmimiyyətimə. Yoxsa bu qiymətə təmirli evi kim satar? )) Alan şəxs kim olacaqsa, Allah ona xeyir versin inşallah. Halal, halal, halal xoşu. Əziz maklerlər, siz də, qiymət öldürüb, yıxılana balta vurmayın zəhmət olmasa. Balta işinə Ağadadaş müəllim baxır. QİYMƏT SONDUR. Aformutu da (2000 AZN) özüm edərəm.