Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 822375
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə50 m2
Mərtəbə3 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı2 otaq
KreditKreditsiz
Salam. Mənzil özümündür. Bu evdə təxminən 26–27 il yaşamışam, lakin son 4–5 ildir burada yaşamıram. Mənzilin plana düşmə ehtimalı olduğu üçün indiyədək satmamışam. Bu baxımdan gələcəkdə alıcı üçün üstünlük yarana bilər. Hazırda isə pula ehtiyacım olduğu üçün satıram. Mənzil Bakının ən yaxşı ərazilərindən biri olan Montində yerləşir. Bu ərazini tanıyanlar onun üstünlüklərini yaxşı bilirlər. 5 mərtəbəli binanın 3-cü mərtəbəsi 2 otaqlı Mətbəx ayrıdır Mətbəx bir qədər artırılıb, lakin otağa qatılmayıb. İstəyən alıcı həmin hissəni içəri qataraq mətbəxi daha da geniş edə bilər. Mənzil orta təmirlidir. Hazırda aylıq 400 AZN-ə kirayədədir. Cüzi təmirdən sonra aylıq 500 AZN-ə kirayə vermək mümkündür. Real alıcı ilə qiymət barədə danışmaq olar.