Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
25.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 820894
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə200 m2
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Türkan bağlar sırasında 24cü döngədə, yolun kənarında, dənizdən 200 metr məsafədə, 6 sot torpaq sahəsində 200 kv metr yaşayış sahəsi olan 2 mərtəbəli əmlak satılır. Həm torpaq sahəsinə, həm də evə çıxarış var. Ev tam əşyalı satılır. Monolit evdir. Yaşayış üçün hər bir şərait mövcuddur. İstilik sistemi kombidir. 2 ədəd böyük kondisioner də var. Aşağı mərtəbədə zal studio, bir sanitar qovşaq və əlavə bir yataq otağı var. Yuxarı mərtəbədə isə 4 yataq otağı və bir sanitar qovşaq vardır. Qaz , su , işıq sayğacladır və daimidir. İnternet və telefon xətti aktivdir. Həyətdə hovuz, uşaqlar üçün yelləncəklər, böyük söhbətgah və ayrıca qaraj vardır. Bağça hissəsində xeyli meyvə ağacları və güllər var. Əlavə çöldə sanitar qovşaqlar və əl damı mövcuddur. Ehtiyac su çəni var. İşıqla bağlı problem olmur amma avtomatlaşdırılmış generator da var. Ərazinin havası çox təmizdir. Sakit yerdə yerləşir. Ətrafda mədəni və elit qonşular yaşayırlar. Dalanın yolu tam asfalt örtüklüdür. Şəxsi əmlakımızdır. Qiymətdə razılaşmaq olar.