Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
108 m2
Otaq sayı
3 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Tam Kupçalı • 108 m² • 3.5 Sot • Əşyalı • İpotekaya Yararlı • Hazır Gir-Yaşa Ev Binə qəsəbəsi, Qala küçəsində, 3.5 sot torpaq sahəsində yerləşən, 108 m² sahəyə malik, 3 otaqlı, yerdən kürsülü, tam təmirli həyət evi satılır. Ev yaşayışa tam hazırdır – alqı-satqıdan dərhal sonra köçüb yaşamaq mümkündür. Su, qaz, işıq, fiber-optik internet, mərkəzləşdirilmiş kanalizasiya sistemi, kombi, kondisioner, təhlükəsizlik kameraları, 10 tonluq ehtiyat su çəni, seyf qapı və mətbəx mebeli mövcuddur. Ev geniş qonaq otağı, 2 yataq otağı, tam təchiz olunmuş mətbəx və biri evdə, digəri həyətdə olmaqla 2 sanuzeldən ibarətdir. Qoşa daşla tikilib, evin altı tam betonlanıb. Divar, tavan və döşəmə istilik və səs izolyasiyası ilə təmin olunub. Bütün pəncərələr ikiqat şüşəli və reşotkalıdır. Geniş həyətdə ağaclar və güllər, söhbətgah, manqal, depo otağı mövcuddur. Həyətin müxtəlif hissələrinə su və elektrik xətləri çəkilib. Avtomobil üçün rahat giriş var və həyətdə kifayət qədər boş sahə mövcuddur. Ev bütün mebel və məişət texnikası ilə birlikdə satılır (No-Frost soyuducu, A++ 7 kq paltaryuyan, kondisioner, dolablar, masalar, xalçalar və s.). Tam kupçalıdır (çıxarış), bütün sənədləri qaydasındadır və ipotekaya yararlıdır. Evə gedən bütün yollar asfaltdır. Məktəb (326 №), bağça və digər zəruri infrastruktur obyektləri piyada məsafəsində yerləşir. 📞 Əlavə məlumat və baxış üçün zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Binə qəsəbəsi, Qala küçəsi