Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
25.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 819052
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə55 m2
Mərtəbə10 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı2 otaq
KreditKreditsiz
"Panorama Park" kompleksində dənizə baxan balkonu ilə çox işıqlı, təmiz və hüzurlu, tam təmirli 2 otaqlı mənzilimi təqdim edirəm; ev şəkillərdə necə görürsünüzsə eləcə də tam əşyalıdır, qazı, suyu, işığı daimidir, kombi sistemi ilə qızdırılır, qış aylarında tam rahatlığınız üçün dəhliz və hamamda isti pol quraşdırılıb, kondisioner, paltaryuyan və televizor isə tam yenidir. Heç bir əlavə xərc çəkmədən sadəcə şəxsi əşyalarınızı götürüb köçə biləcəyiniz qədər ideal vəziyyətdədir; yaşayış kompleksi rahatlığı və təhlükəsizliyi ilə bir çox binalardan seçilir, 7/24 çox ciddi mühafizə xidməti, rahat yeraltı parkinqi, həm xüsusi çip, həm də telefonla idarə olunan 3 yeni nəsil sürətli lifti var. Kompleksin həyəti səs-küydən uzaq və daim təmizdir, qonşularımız isə olduqca mədəni və sakit insanlardır; əlavə təmir və ya əşya dərdi çəkmədən, hər bir detalı düşünülmüş, özünüzü tam güvəndə və rahat hiss edəcəyiniz mənzil axtarırsınızsa, buyurub əlaqə saxlaya bilərsiniz.