Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
24.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 817302
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə400 m2
Torpaq sahəsi8 sot
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
🏡 SalamBakıxanovun ən prestijli ünvanlarından biri – Millionerlər məhəlləsində möhtəşəm villa satılır! Şəhərin gurultusundan, sıx trafikindən, avtomobil səsindən və tozundan uzaq, Yavər Əliyev küçəsinin ən sakit və təmiz havası olan hissəsində yerləşən bu villa sizə həm komfort, həm də prestijli həyat tərzi təqdim edir. ✨ Zal geniş panoramı, yüksək tavanı və təbii işıqla dolu interyeri ilə ilk baxışdan valeh edir. Təbii parket döşəmə, zərif LED işıqlandırma, dekorativ kamin və açıq planlı qonaq sahəsi ailə toplantıları və qonaq qəbulları üçün ideal atmosfer yaradır. Burada yerləşən antik Royal piano isə evə xüsusi zövq və elit görünüş bəxş edir. 🛁 Hamam otağı isə əsl SPA rahatlığını xatırladır. Geniş cakuzi, premium keyfiyyətli santexnika, müasir dizayn və incə işıqlandırma gündəlik həyatı lüks istirahətə çevirir. Girişi zalı , hər bir yataq otağları və mətbəxi çox geniş və rahatdır. İsti döşəmə ilə təmin olunub. Üstü qapalı geniş terassası isti yay gecələrində şad gündərinizi qeyd etmək üçün daha yaddaqalan və maraqlı edəcəkdir. 📐 Əsas göstəricilər: ▪️ 7.98 sot torpaq sahəsi ▪️ 400 m² yaşayış sahəsi ▪️ 2 mərtəbə ▪️ 5 geniş otaq ▪️ Torpaq və ev üzrə kupça 💰 Qiymət: 960.000 AZN Real müştəriyə danışıq əsasında normal endirim olunacaqdır. . Bu villa sadəcə ev deyil – sakitlik, təhlükəsizlik, təmiz hava və yüksək həyat standartını qiymətləndirən insanlar üçün seçilmiş bir ünvandır. Xeyirli və uğurlu olsun. Ofis haqqı 1 % təşkil edir. Ölkə xaricində olanlar Whatsapla əlaqə saxlaya bilər.