6 otaqlı Ev / villa, Xəzər
23.07.2026
Elan nömrəsi: 812427
mulk.az Vasitəçi
235.000 AZN 1.175 AZN/m2
Bakı. Xəzər Buzovna Xəzər rayonu ,Buzovna qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 812427
Haqqında məlumat
Metro Koroğlu
Sahə 200 m2
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
XƏZƏR RAYONU, BUZOVNA QƏSƏBƏSİNDƏ EYNİ HƏYƏTDƏ 2 EV SATILIR! Xəzər rayonu, Buzovna qəsəbəsinin kəndin mərkəzində, Cümə məscidinin yaxınlığında yerləşən, yaşayış üçün olduqca əlverişli və sakit ərazidə 5 sot torpaq sahəsində yerləşən eyni həyətdə 2 fərdi yaşayış evi satışa çıxarılıb. Əmlakın ümumi yaşayış sahəsi 200 m² təşkil edir və həm böyük ailələrin rahat yaşaması, həm də iki ailənin birlikdə yaşaması və ya kirayə məqsədilə gəlir əldə etmək üçün ideal seçimdir. Birinci ev 2 mərtəbəlidir və 3 otaqdan ibarətdir. Evin alt mərtəbəsi geniş qaraj kimi istifadə olunur. Otaqları işıqlı, geniş və rahat planlaşdırılıb.İkinci ev isə 1 mərtəbəli olmaqla 4 otaqdan ibarətdir. Ailə yaşayışı üçün hər cür şərait yaradılıb və otaqlar geniş, funksional şəkildə layihələndirilib. Evə qaz, su, işıq və digər bütün kommunal xətlər çəkilib, hər biri daimidir. Sənədləri tam qaydasındadır – paket kupçadır. Həyət olduqca səliqəli və yaşıllıqla zəngindir. Burada müxtəlif növ meyvə ağacları əkilib, əlavə olaraq tərəvəz və digər bitkilərin becərilməsi üçün geniş əkin sahəsi mövcuddur. Həyətdə ailənizlə və qonaqlarınızla xoş vaxt keçirmək üçün üstü naveslə örtülmüş rahat istirahət guşəsi də hazırlanıb. Ətraf tam yaşayışlıdır. Məktəb, uşaq bağçası, marketlər, aptek və digər zəruri iaşə obyektləri evə yaxın məsafədə yerləşir. Nəqliyyat baxımından da əlverişli mövqedə yerləşməsi gündəlik yaşayışı daha rahat edir.
Zəng et
Bənzər elanlar