Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 811522
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə280 m2
Torpaq sahəsi9 sot
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Türkan qəsəbəsində sahildən 200 metr məsafədə 2 mərtəbəli bağ evi satışdadır. Torpaq sahəsi 9 sotdur. İki mərtəbəli evin ümumi sahəsi 280 kv.m-dir. Evin fasadı tamamilə ağlay və kabançik daşları ilə üzlənib. Evin 2 girişi var, mərkəzi və yan giriş. İçəridə təzə müasir təmir işləri görülüb. Tavan hündürlüyü 3.4 metrdir. Evin istiliyi kombi sistemi ilə təmin olunur. Evdə telefon və wi-fi xətti çəkilib. Birinci mərtəbədə qonaq otağı, studiya tipli geniş mətbəx, 1 yataq otağı, hamam, camaşırxana və ərzaq malları üçün anbar yerləşir. Pəncərələr barmaqlıqlıdır. Həyətə baxan ağlay daşla üzlənmiş yay terrası mövcuddur. İkinci mərtəbədə qonaq otağı, 4 yataq otağı, duş kabinli hamam və tualet var. Balkon və 2 yataq otağından dəniz mənzərəsi açılır. Hər iki mərtəbədə geniş xol və dekorativ dəmir məhəccərləri olan böyük pilləkən quraşdırılıb. Ev tam əşyalı şəkildə satılır. Satışa mebel, məişət texnikası, çıçraqlar və pərdələr daxildir. Həyət 2.7 metr hündürlüyündə daş hasarla əhatə olunub. Həyətin içərisində daş manqal, dekorativ yer döşəməsi və qazon salınıb. İçməli su üçün filtr sistemi quraşdırılıb. Qaz, su və işıq daimidir. Həyətə giriş avtomatik darvaza ilə təmin olunur. Evin və həyətin çıxarışı və texniki pasportu var. Ətraflı məlumat və baxış üçün bizimlə əlaqə saxlayın.